BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8316
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1276
7421

“Ümid edirik ki, Türkiyə vətəndaşları üçün Azərbaycana viza tələbinin ləğv olunması türkiyəli turistlərin artmasına xeyli təsir edəcək. Ölkələrimiz arasında turizm münasibətlərinin inkişafında qarşılıqlı turist mübadiləsinin artması bizim üçün önəmlidir”.

Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev fevralın 10-da Azərbaycan-Türkiyə turizm işçi qrupunun 1-ci iclasında çıxış edərkən bildirib.

Fuad Nağıyev normal şərtlər altında Bakıda baş tutmalı olan işçi qrupu görüşünün pandemiya səbəbindən videokonfrans formatında keçirildiyini qeyd edib.

Agentlik sədri bildirib ki, iki qardaş ölkə arasında iqtisadi, siyasi, həmçinin strateji tərəfdaşlıq münasibətlərində turizmin də payı mövcuddur və bu payın getdikcə artması üçün turizm üzrə ikitərəfli əlaqələr inkişaf etdirilməlidir.

2019-cu il ərzində Azərbaycandan Türkiyəyə 1 milyona yaxın, Türkiyədən Azərbaycana 200 mindən çox turistin gəldiyini qeyd edən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan turizm sahəsində əməkdaşlığın artırılması istiqamətində atılacaq addımlar kimi qarşılıqlı məlumat və təcrübə mübadiləsinin, eləcə də aviauçuşların sayının artırılmasının, qarşılıqlı investisiya qoyuluşlarının stimullaşdırılmasının, birgə layihələrin keçirilməsinin önəmini vurğulayıb.

O, Türkiyənin Azərbaycandakı Səfirliyində Mədəniyyət və Turizm Müşavirliyinin fəaliyyət göstərdiyini bildirib.

“Azərbaycan haqqında türkiyəli turistlər arasında məlumatlılığın artırılması üçün Azərbaycanın da Türkiyədə tanıtım nümayəndəliyinin açılması çox önəmlidir”, - deyə nazir müavini qeyd edib.

Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov görüş zamanı müzakirə edilən məsələləri şərh edərkən qeyd edib:

“Təbii ki, iki qardaş ölkə olaraq biz bütün sahələrdə olduğu kimi turizm sahəsində də birgə işlər həyata keçiririk. Xüsusilə də bu gün yeni investisiyaların və birgə layihələrin icrası ilə bağlı işlər müzakirə olunur. Gələcəkdə Qarabağda həyata keçirilə biləcək layihələrdə Türkiyə təcrübəsindən, eyni zamanda onların illərlə formalaşmış invesitiya imkanlarından yararlanmaq barəsində fikir mübadilələri aparılır. Eyni zamanda təhsil proqramlarının inkişaf etdirilməsi, kadr hazırlığı məsələsi, birgə layihələrin dünya ictimaiyyətinə təqdimat məsələləri müzakirə olunur”.

Videokonfrans formatında baş tutan iclasın gündəliyinə pandemiya dövründə turizm sahəsinin inkişafı istiqamətində Azərbaycan və Türkiyə tərəfindən görülən işlər, turizm sahəsində qarşılıqlı investisiya və birgə layihələrin rolu, təhsil və təlim məsələləri üzrə təcrübə mübadiləsi, turizm və rəqəmsallaşma kimi mövzular daxil edilib.

İclas çərçivəsində 2021-ci ildə Türkiyədə Azərbaycanın turizm nümayəndəliyinin açılması və müvafiq dəstək tədbirlərinin görülməsi imkanları müzakirə edilib.

İclasın gündəliyində, həmçinin iki ölkə arasında bu sahədə təhlükəsizlik, turizmin müxtəlif növləri, turizm və mədəni irs sahəsi üzrə əməkdaşlıq, təcrübə və məlumat mübadiləsinin aparılması, milli turizm məhsullarının qarşılıqlı tanıtımı istiqamətində fəaliyyət imkanlarının araşdırılması, iki ölkənin turizm təşkilatları və assosiasiyaları arasında əməkdaşlıq əlaqələrinin qurulması və əməkdaşlıq mexanizmlərinin rolu, işçi qrupunun 2-ci iclasının yeri və tarixlərinin müəyyənləşdirilməsi məsələləri də yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milyarderlərin ən çox olduğu 10 şəhər

Sabahın hava proqnozu

Ukraynaya daha 400 milyon dollarlıq hərbi yardım ayrılıb

Qızıl və gümüşün qiyməti daha da artıb

Bakıda bu ərazidə yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq

Azərbaycan nefti cüzi ucuzlaşıb

Bakıda idman zallarında qiymətlər necədir? (VİDEO)

Əksər rayonlara yağış yağıb - FAKTİKİ HAVA

14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi (FOTO)

Dünyanın ən qiymətli kosmetika markaları – SİYAHI

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Daha bir şirkət cərimələnir

Almaniya Ukraynaya 45 milyon avro qrant verəcək

Tədqiqat kolbasa istehlakı ilə ölüm riskinin artması arasında əlaqəni təsdiqləyir

“Güzdək Ferma” ilə Bakı Baş Gömrük İdarəsi arasında nə baş verib?

Qlobal ticarət artımı bu il iki dəfə artacaq, lakin bəzi nüanslar var - FT

Bu şirkət ölkədən valyuta çıxarmaqda ittiham olunur

ABŞ senatorları BMT-ni maliyyələşdirməməyi təklif edir - Fələstin qəbul olunarsa

AAYDA-nın qurumu məhkəmə qarşısında

"OneUI 6.1"ə yeniləmə "Samsung" smartfonunda kilid ekranını "sındırdı"

Türk şirkətlərinin İsrailə qarşı sanksiyalardan yan keçməsi üçün bir boşluq var - Media

"Guba Agro"ya protokol yazıldı

İş müsahibələrindəki ən böyük 10 səhv - Xəyal etdiyiniz işi necə əldə etmək olar?

Bakı Apellyasiya Məhkəməsi 464 minlik mebel alır

ABŞ Rusiya aktivləri ilə bağlı qərarları açıqlamağa hazır deyil

Qanunsuz şans oyunlarında növbəti dələduzluq (FOTOFAKT)

Hacı İbrahim Nehrəmlinin şirkəti hansı qaydaları pozub?

Dövlət Turizm Agentliyi 2 milyona nəyi təbliğ edəcək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin