BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
63223

Farer adaları dünyanın ən gözəl turizm istiqamətləri siyahısında daim yer alır və hər il minlərlə turist bu adaları ziyarət edir. 2023-cü ildə bu uzaq adalar qrupuna 130 min əcnəbi turist səfər edib ki, bu da Farer adalarının cəmi 53 min daimi sakininin üçqatından çoxdur.

Lakin dayanıqlı turizmi təmin etmək və həddindən artıq turizmlə mübarizə aparmaq məqsədilə Farer adalarının rəhbərliyi 2025-ci ilin 1-3 may tarixlərində adaların bəzi məşhur məkanlarını bütün turistlər üçün bağlamaq qərarına gəlib. Bu müddətdə yalnız 80 könüllü turisti qəbul edəcəklər. 

Valyuta.az xəbər verir ki, bu barədə "AFAR Media" məlumat yayıb.

Könüllülər texniki xidmət layihələrində iştirak etmək müqabilində yerli yaşayış, yemək və "Farer dizayneri" tərəfindən hazırlanan yun papaq ilə təmin olunacaqlar. 

2019-cu ildən başlayaraq həyata keçirilən "Texniki xidmət üçün bağlanıb, könüllü turizm üçün açıqdır" adlı pilot layihə çərçivəsində indiyə qədər 50 ölkədən 600-dən çox könüllü 10 adada 54 müxtəlif layihəni həyata keçirib.

Farer adalarının turizm inkişafı üzrə meneceri Yohan Pauli Helqason bildirib ki, bu proqram çığırların, müşahidə meydançalarının və adaların gözəlliyini qorumaq üçün həyati əhəmiyyət daşıyan digər obyektlərin tikintisində mühüm rol oynayır: "Beləliklə, biz təbiəti qorumaqda hər zaman bir addım öndə olmağı təmin edirik".

2025-ci il yanvarın 14-dən etibarən potensial könüllülər 48 saat ərzində şəxsi məlumatlarını visitfaroeislands.com saytında qeydiyyatdan keçirə bilərlər.

Qeydiyyat pəncərəsi yanvarın 16-da bağlandıqdan sonra, müraciət edənlər arasından 50 nəfər təsadüfi olaraq seçiləcək, qalan 30 nəfər isə 2025-ci il layihələrinin tələblərinə uyğun təcrübəyə əsasən seçiləcək. Proqram başladığı gündən bəri 23 min nəfərdən çox müraciət alınıb, lakin qəbul nisbəti cəmi 2,5% təşkil edib ki, bu da proqramı Harvard Universitetinə qəbul olmaqdan daha çətin edir.

Seçilmiş 80 nəfərə 2025-ci il yanvarın 22-də elektron poçt vasitəsilə məlumat veriləcək və onlara Farer adalarına məxsus "Atlantic Airways" aviaşirkətində endirimli uçuş üçün fərdi promo kod təqdim olunacaq. Könüllülər uçuş xərclərini özləri qarşılamalı olsa da, promo kod onlara xüsusi endirim təmin edəcək.

Könüllülər qeyri-bərabər ərazidə gəzməyi bacarmalı və layihələr zamanı çəkic, bellə və araba kimi alətlərdən istifadə etməyə hazır olmalıdırlar. Bunun üçün xüsusi bacarıqlar tələb olunmur.

Proqramda iştirak etmək üçün könüllülər ilk iş gününə qədər 18 yaşdan yuxarı olmalı və üç tam iş gününə hazır olmalıdırlar. Həmçinin onlar proqramın rəsmi tarixlərindən əvvəl və sonra ölkəni sərbəst şəkildə gəzə bilərlər.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin