2025-ci ilin ən yaxşı turizm istiqamətləri açıqlandı (SİYAHI)
Dünyanın ən böyük turizm platforması "TripAdvisor" Böyük Britaniyanın paytaxtı Londonu 2025-ci ildə ziyarət üçün dünyanın ən yaxşı istiqaməti adlandırıb.
Valyuta.az xəbər verir ki, bu seçim "Travellers' Choice Awards" mükafatının illik reytinqi əsasında müəyyən edilib.
Reytinq ötən il platformanın istifadəçilərinin real rəyləri və qiymətləndirmələri əsasında formalaşdırılıb. Qiymətləndirmə zamanı həm rəy sayına, həm də onların ümumi səviyyəsinə diqqət yetirilib.
"Tripadvisor" ekspertlərinin fikrincə, Londonu unikal edən müxtəlifliyidir. Reytinqdə belə qeyd olunur:
"Şordic bölgəsinin müasir tərzindən tutmuş Kamdenin punk atmosferinə və Portobello-roudun cazibədarlığına qədər London bir şəhərdə çoxlu dünyalar təqdim edir. Burada hər gün əvvəlkindən fərqlənir. Tarixi yerləri araşdırın, məşhur abidələri ziyarət edin, "Michelin" ulduzlu restoranlarda dadlı yeməklərdən zövq alın, ya da ənənəvi bir pubda pivə için. Londonda imkanlar hədsizdir".
Londona səyahət edənlər üçün məsləhətlər
"Tripadvisor"un tövsiyələrinə görə, London xüsusilə bir günlük səyahətlər, piyada ekskursiyalar və köhnə bazarlarla maraqlanan turistlər üçün ideal seçimdir.
Şəhərin ən yüksək qiymətləndirilən turistik məkanlarına bunlar daxildir:
* Viktoriya və Albert Muzeyi – Avropanın dekorativ və tətbiqi sənət üzrə ilk muzeyi.
* London qülləsi və Qüllə körpüsü – Tarixi və memarlıq baxımından ən çox ziyarət edilən yerlərdən biridir.
2025-ci ilin ən yaxşı turizm istiqamətləri:
1. London, Böyük Britaniya
2. Bali, İndoneziya
3. Dubay, BƏƏ
4. Siciliya, İtaliya
5. Paris, Fransa
6. Roma, İtaliya
7. Hanoi, Vyetnam
8. Mərrakeş, Mərakeş
9. Krit, Yunanıstan
10. Banqkok, Tailand
London unikal atmosferi və çoxsaylı turistik imkanları ilə dünyanın hər yerindən gələn səyahətçiləri özünə cəlb etməyə davam edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay