Nə Roma, nə Milan: 2025-ci ildə İtaliyada mütləq ziyarət edilməli 5 məkan
İtaliya təkcə Roma, Milan, Venesiya və Florensiya ilə məhdudlaşmır. Bu ölkə daha az tanınan, lakin eyni dərəcədə valehedici yerlər təklif edir.
Valyuta.az xəbər verir ki, "Express" nəşri səyahət mütəxəssisi Lorn Blitin bununla bağlı tövsiyələrini təqdim edib.
1. Salento, Cənubi Apuliya
Cənubi Apuliyanın əsl cazibəsini hiss etmək və Kalo-del-Akvaviva körfəzində firuzəyi sulara dalmaq üçün Salentonu ziyarət edin.
“Yerli sakinlərlə birlikdə Kastro şəhərinin kafelərində pasticciotto şirniyyatından və qaymaqlı kapuçinodan həzz alın. Gizli çimərliklərdən tutmuş qədim kəndlərə qədər Salento, əsl İtaliya təcrübəsi axtaranlar üçün bir cənnətdir", deyə Blit tövsiyə edir.
2. Skopello, Siciliya
Siciliyanın qayalı sahillərində yerləşən sakit Skopello kəndi də diqqətə layiqdir. Tarixi Tonnara bölgəsini ziyarət edin və Aralıq dənizində gün batımının gözəlliyindən zövq alın.
"Qayalıqları, büllur kimi təmiz suyu və unikal ab-havası ilə Skopello həqiqətən gizli bir xəzinədir", deyə mütəxəssis bildirir.
3. Lari, Toskana
Toskananın ürəyində yerləşən bu dağlıq şəhərciyi ziyarət etməyi unutmayın.
“Lari şəhərinin qədim küçələrini araşdırın və Martelli ailəsinin ənənəvi üsullarla hazırladığı makaronların dadına baxın. Toskananın əsl mətbəxindən həzz alın", deyə Blit vurğulayır.
4. Dolomitlər
Mütəxəssis Dolomit Alplarının sehrini hiss etməyi tövsiyə edir:
“Xüsusilə Korvara, möhtəşəm dağ mənzərələri və cazibədar küçələri ilə heyran edir. Bu mənzərəli kənd aktiv istirahət sevənlər üçün cənnətdir: qışda xizək, yayda isə yürüşlər üçün ideal məkandır".
5. Cilio adası
Toskana sahillərində yerləşən Cilio adası, izdihamdan uzaqlaşmaq üçün mükəmməl bir məkandır.
"Əl dəyməmiş çimərlikləri, kristal təmizliyi ilə fərqlənən dənizi və cazibədar kəndləri ilə Cilio, həm qısamüddətli, həm də uzunmüddətli tətil üçün ideal seçimdir. Tənha koyları araşdırın, mənzərəli cığırlarla gəzintiyə çıxın və ya sadəcə bu sükut cənnətində dincəlin", deyə mütəxəssis məsləhət görür.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay