BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
38416

Hər il yeni il bayramı ərəfəsində Azərbaycanın turizm sektorunda canlanma yaşanır. Yerli turistlər bayramı bölgələrdə keçirmək üçün səfərlər planlaşdırır, xarici turistlər ölkəmizə gəlmək üçün turpaketlər alırlar.

Valyuta.az xəbər verir ki, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi bu il yeni il bayramı ərəfəsində turizm sektorundakı vəziyyətdən danışıb.

Daxili turistlərin sayı hər il artır

Onun sözlərinə görə, yeni il bayramı günləri qeyri-iş günləri olur və bir qədər uzun sürən dövrü əhatə edir: “Bayram ərəfəsində ölkədə turizm fəaliyyətləri canlanır. Lakin bu il ötən illə müqayisədə daxili turizm bazarında yeni təkliflər müşahidə olunmur. Demək olar ki, istehlakçı kütləsi də bir o qədər dəyişməyib. Daxili turistlərin sayı ildən-ilə artır. Bu, bir neçə amillə izah olunur. Bunlar qonşu ölkələrlə quru sərhədlərimizin bağlı olması, dünya turizm bazarlarında bahalaşma və digər səbəblərdir”.

Daha kreativ təkliflər olmalıdır

O bildirib ki, yerli turizm bazarında müxtəlif yeni il proqramları, turlar, əyləncələr təklif edilsə də, onların çeşidi məhduddur:

“Bu sahədə yeni, kreativ, daha maraqlı və təfərrüatlı təklifləri görmürük. İldən-ilə təkliflər təkrarlanır. Vətəndaşların və turizm şirkətlərinin hotellərin qiymətlərindən və təkliflərindən şikayət etdiklərini görürük. Xüsusilə bu şikayətlər bayramlar, tətillər və tədbirlər ərəfəsində üzə çıxır. Bu sahədə bəzi anlaşılmazlıqlar və boşluqlar belə şikayətlərə səbəb olur. Vətəndaşlarımızın əksəriyyəti regionlarda yüksək komfortlu, geniş infrastrukturlu, bir sıra əlavə xidmətləri təklif edən beş ulduzlu hotel və mehmanxana komplekslərində qalmağa üstünlük verirlər. Bu halda belə yerləşmə vasitələrinin qiymətlərindən razı olmurlar. Yəni, beş ulduzlu hotelin xidmətlərini üç ulduz və ya daha aşağı komfortlu hotelin qiymətlərinə almaq arzusunda olurlar. Bu isə qəribədir”.

Yerli biznesləri qorumalıyıq

S.Dübəndi yerli turizm şirkətlərinin də hotellərin onlara təklif etdikləri qiymətlərdən şikayətləndiyini qeyd edib:

“Bəzi hallarda deyirlər ki, “booking.com” və digər aqreqatorlarda qiymətlər onlara təklif ediləndən daha ucuz olur. Bəzən turizm şirkətləri xarici turizm şirkətlərinə hotellərin verdikləri qiymət təkliflərinin yerli turizm şirkətlərinə verilən qiymət təklifindən daha aşağı olduğunu deyirlər. Biz yerli bizneslərin mənafeyini qorumalıyıq. Amma bu, o demək deyil ki, xarici turizm şirkətinin yerli hotel üçün iqtisadi cəhətdən daha sərfəli təkliflərindən imtina edilməlidir. Düşünürəm ki, yerli turizm şirkətlərinin turizm fəaliyyətlərinin, potensiallarının gücləndirilməsi ilə daha ciddi məşğul olmalıyıq. Buna brendləşmə, maarifləndirmə, təlimlər, ixtisaslaşmış kreditlər, subsidiyalar, vergi imtiyazları və digər sosial-iqtisadi alətlər vasitəsilə nail olmaq mümkündür”.

Assosiasiya rəhbəri hesab efir ki, ümumilikdə turizm sənayesi pandemiyadan sonrakı dövrdə bərpa prosesini keçir: “Gəlmə turizmi üzrə ötən illə müqayisədə yüksək inkişaf dinamikası yaşanır. 2018-2022-ci illər ərzində ölkədə yerləşdirmə vasitələrinin sayı 85 müəsissə artaraq 727 çatıb”.

Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev deyib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması yerli turistlərin regionlara daha çox üz tutmasına səbəb olur.

Ölkədə hotel qiymətləri normal səviyyədədir

Onun sözlərinə görə, son illər Azərbaycanda əlavə hotellərin tikilməsi də yerləşdirmə sahəsindəki çətinlikləri müəyyən qədər aradan qaldırıb: “Yaxın illərdə də ölkədə əlavə hotellərin tikilməsi nəzərdə tutulur. İnvestorlar bu sahəyə böyük maraq göstərir. Bu gün bölgələrdəki hotellərdə qiymətlərin normal olduğunu demək olar. Başqa ölkələrdə də əlamətdar günlərdə tələb təklifi üstələdiyi üçün kəskin qiymət artımları olur. Bizdə qiymətlər o qədər də baha deyil”. R. Quliyev bildirib ki, Quba-Qusar bölgəsində beş ulduzlu hotellərin qiyməti bir nəfər üçün 150-250 manat arasında dəyişir, dörd ulduzlu hotellərdə qiymətlər 80-150 manat, üç ulduzlu hotellərdə 40-80 manatdır. Zaqatala-Qax-Balakən bölgəsində beş ulduzlu hotellərdə bir nəfərlik otağın qiyməti 150-200 manat, dörd ulduzlu hotellərdə 50-100 manat, üç ulduzlu hotellərdə 40-60 manat arasındadır. Ekspertin sözlərinə görə, Ismayıllı-Qəbələ-Şamaxı istiqamətindəki hotellərdə digər regionlarla müqayisədə qiymət artımı bir qədər çoxdur: “Burda beş ulduzlu hotellərdə bir nəfər üçün otaq qiyməti 200-300 manat, dörd ulduzlu hotellərdə 100-200 manat, üç ulduzlu hotellərdə 70-100 manatdır. Bu qiymətlərə səhər yeməyi də daxildir”. O vurğulayıb ki, bəzi hotellər yeni il paketləri satır. Bu paketlərin qiyməti bir nəfər üçün 1 250 manatdır: “Qiymətə yeni il gecəsində şam yeməyi və üç gün ərzində səhər yeməyi daxildir. Qəbələ, İsmayıllı, Şamaxıda olan hotellərdə bu qiymət 1400-1450 manatdır”.

Rekord rəqəmlərə çata bilərik

“Hər il olduğu kimi bu il də yeni ili keçirmək üçün Azərbaycana daha çox Rusiyadan turist gələcək. Çünki orda yaşayan soydaşlarımız da bayramı keçirmək üçün vətənə üz tutur. Ərəb ölkələrindən də gələn turistlər var. Hesab edirəm ki, Azərbaycana gələn turistlərə individual yanaşma etsək, yaxın beş ildə rekord rəqəmlər əldə edəcəyik”. R. Quliyev əlavə edib ki, Azərbaycanda yeni turizm destinasiyaları yaradılıb: “İşğaldan azad edilən ərazilərimiz turizm üzrə böyük potensiala sahibdir. Bu ərazilərdə hava limanlarının fəaliyyət göstərməsi bölgəyə gələcəkdə turist axınına səbəb olacaq”.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Komitə "çörəkpulu"nun kəsilməsi məsələsinə aydınlıq gətirdi

Prezidentlər Şuşada  işğal dövründə gülləbaran edilmiş heykəllərə baxdı (YENİLƏNİB)

Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər

Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb

Universitetlərin köçürülməsi gündəmdədir? (AÇIQLAMA)

Universitetlərin köçürülməsi gündəmdədir? (AÇIQLAMA)

İxtisas seçməmişdən əvvəl mütləq layihə idarə edilməsi ilə tanış olun

3 şirkət "PMD Group" MMC-yə qoşulub

"GreenAgroHack" startap müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Ödənişli yola nə üçün hibrid giriş yoxdur? - AÇIQLAMA

Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Sabahın hava proqnozu

Universitetlərin köçürülməsi gündəmdədir? - AÇIQLAMA

14 təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir

Kiyevdə elektrik enerjisi sutkada cəmi 4 saat veriləcək

Azərbaycanda "yaşıl istiqrazlar"ın tənzimləmə çərçivəsi hazırlanır

Qazaxda iki nəfəri qanunsuz işlədən şirkət 20 min manat cərimələnib

Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək?

Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama

Azərbaycanda 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Yük avtomobili istehsalı 75 %-dən çox artıb

Benzinlə işləyən avtomobilə dizel, dizellə işləyənə benzin töksək, nə olar?

Bloklanmış IMEI kodlarla şəbəkəyə qoşulma cəhdlərinin sayı açıqlandı

Bu ilin 4 ayında DSMF-nin xərcləri 13,3% artıb

“Kapital Bank”a müraciətlərin 70 %-i müştərilərin xeyrinə həll edilib

Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Azərbaycanın İrandakı səfirliyi ilə bağlı yeni qərar

Ölkədə benzin istehsalı artıb

Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin