BAKU Azərbaycan
11.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8544
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1489

İstanbul valiliyi avqustun 17-də çimərliklərdə, parklarda, piknik və istirahət məkanlarında spirtli içkilərin istifadəsinə qadağa qoyulmasını tələb edən təkliflə çıxış edib. Təklifə əsasən, sadalanan yerlərdə spirtli içki qəbuluna görə 620 türk lirəsi cərimə nəzərdə tutulur.  

Buna səbəb isə sərxoş insanların əlbəyaxa davalarının və digər asayişin pozulması hallarının artması ilə bağlı şikayətlər olub. 

Sirr deyil ki, Azərbaycanda da sözügedən istirahət məkanlarında geniş şəkildə spirtli içkilərdən istifadə olunur. Nəticədə həmin məkanlarda asayişin pozulması halları da intensiv xarakter alır. 

Bəs Azərbaycanda da oxşar addım atıla bilərmi?

Sosioloq Əhməd Qəşəmoğlu Valyuta.az-a açıqlamasında bildirib ki, İstanbul valiliyinin sözügedən təklifi Azərbaycanda da həyata keçirilməlidir:

“Dənizkənarı ərazilər, çimərliklər, parklar, meşə kənarları deyil ki, orada spirtli içkilər qəbul edəsən. Belə məkanlarda spirtli içki qəbul edən şəxsin dənizdə batmaq təhlükəsi daha yüksəkdir. Ona görə də çimərliklərdə spirtki içki qəbulu təhlükəsizlik qaydalarını pozmaq kimi qiymətləndirilə bilər. 

İkinci tərəfdən, insanlar çimərliklər, parklar, istirahət mərkəzlərinə istirahətə gəlir. Spirtli içki qəbul edənlər isə hay-küy salmaq və hətta dava-dalaşa meylli olurlar. Bununla da onlar insanların istirahət hüququnu pozurlar. Yəni başqalarının istirahətinə maneə olmamaq və təhlükəsizlik baxımından Azərbaycanda da çimərliklər, parklar və istirahət məkanlarında spirtli içkilərin qəbulu qadağan olunmalıdır”. 

Amma həmsöhbətimiz bu istiqamətdə addımın qəfil atılmasını məqsədəuyğun saymır:

“Bunun üçün əvvəlcə bir neçə ay müddətində televiziyalarda mövcud problemləri qabartmalıyıq, ardınca da ictimai rəyi prosesə hazırlamalıyıq”.  

Ramiz

Son xəbərlər

Çində borcluların sayı rekord həddə çatıb

Milyarder "pulum yoxdur" deyib, kosmos uçuşlarına dəstəyini dayandırdı

Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"

Qızılcadan ölən 2 yaşlı uşağın peyvənd olunmadığı məlum olub

Pentaqon ABŞ-da silah istehsalının sürətindən razı deyil

Uğurlu olmağı bacaran 10 ən absurd biznes ideyası

Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq

Vergilər azaldıldı, bəs qiymətlər?

Dünya Bankı gəlirinin 45 faizini iqlim dəyişikliyi ilə mübarizə üçün xərcləməyi planlaşdırır

İrəvanı bu vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

İrəvanı bu vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

Azərbaycan və İranda tranzit yükdaşımalar artıb

Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bir alıcı bu avtomobil üçün 142 milyon dollar ödəyib - Hərraclarda satılan ən bahalı 9 avtomobil

Sabah 23 dərəcə isti olacaq

Qubada narkotikin təsiri altında avtomobil sürənlərin sayı açıqlanıb

Bakının bu küçəsində yolda məhdudiyyət tətbiq edildi (FOTO)

7 saniyədə diqqət çəkən CV-də yazmalı olduğumuz 3 məlumat

Əhalinin nəzərinə: Bakının bu ərazilərində su olmayacaq

Bakıda bu il nə qədər məhsul istehsal olunub?

Bu kitabla uğur və ya uğursuzluğunuzu müəyyən edə biləcəksiniz – Biznes kitabları

30 yaşına kimi evdən çıxmayan qız bu gün şəxsi biznesini qurub

Azərbaycanın Hindistana neft ixracından gəliri 47% azalıb

Əhalinin həddən artıq kartdan istifadəyə yönəlməsinin mənfi cəhətləri də var

Dövlət Komitəsi gömrük limitinin 300-dən 150 dollara endiriləcəyi xəbərlərinə aydınlıq gətirib

Gələn ildən bu avtomobillərin Azərbaycana gətirilməsi qadağan ediləcək- Qiymətlər bahalaşacaq

Mikayıl Cabbarov: “Azərbaycanda mühüm iqtisadi dəyişikliklər baş verib”

Azərbaycanda bitki yağları ucuzlaşdı - Səbəb odur ki...

“Netflix”i dünyanın ən populyar onlayn platformasına çevirən biznes sirrləri

Yeni direktor gəldi, birinci müavin işdən çıxdı

Yeni direktor gəldi, birinci müavin işdən çıxdı

Bütün xəbərlər