BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
31455

Fransanın paytaxtı Parisdə 2024-cü ildə keçiriləcək Yaya Olimpiya Oyunlarının baş tutuacağı tarixlər üçün otel qiymətlərində hədsiz artımlar müşahidə edilir.

Valyuta.az Fransa mətbuatına istinadən xəbər verir ki, bəzi bölgələrdə otel qiymətləri 10 dəfəyə qədər artırılıb.

Gələn il 26 iyul-14 avqust tarixlərində Parisdə keçiriləcək Olimpiya Oyunları öncəsi şəhərdəki otellərə sıx rezervasiya müraciətləri edilir. Paytaxtın bəzi yerlərində otel rəhbərləri yüksək tələbatı fürsətə çevirərək, yarışların keçiriləcəyi dövr üçün otaq qiymətlərini 10 dəfəyə qədər qaldırıb.

Paris Olimpiadasını əhatə edən tarixlər üçün otellərin 20 faizi artıq doluluq dərəcəsinə çatıb, rezervasiyaların qiyməti isə geri qaytarılma olmadan öncədən ödənilir.

Paytaxtın bəzi otelləri bu ilin iyul-avqust ayları üçün 200 avro civarında olan otaq qiymətlərini gələn ilin eyni tarixləri üçün təxminən 2000 avro kimi müəyyənləşdiriblər.

Paris ətrafındakı şəhərlərlə yanaşı, ölkənin sahilyanı şəhərlərində də otel qiymətləri xeyli artıb. Marseldəki bəzi otellər gecələmə haqqını 4 dəfə, Liondakı otellər isə 7 dəfə artırıb.

Araşdırmalar göstərir ki, tədbirə ev sahibliyi edəcək bütün şəhərlərdə otel haqları hədsiz dərəcədə artıb.

“Le Parisien” qəzetinin apardığı araşdırmaya görə, sözügedən tarixlər üçün otellərdə olduğu kimi, "Airbnb" kimi platformalarda yerləşdirmə haqları da ikiqat artıb.

Araşdırmaya görə, Parisdə yerləşdirmə xidməti verən 12 müəssisədə bu il 5-6 avqust tarixləri üçün səhər yeməyi daxil gecəlik otaq qiyməti gələn ilin eyni tarixləri üçün orta hesabla 857 faiz artıb.

Qiymətlərin baha olması ilə bağlı aidiyyəti nazirliyə çoxsaylı şikayətlər göndərilsə də, problemin həlli ilə üçün səlahiyyətli qurumların hələ də effektiv çıxış yolu tapmadığı bildirilir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

ABŞ yeni "qiyamət təyyarəsi" hazırlatdırır - 13 milyard ayrıldı

Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı - Azərbaycan

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilib

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin