BAKU Azərbaycan
16.92°C
  • USD
    1.7
  • EUR
    1.8896
  • RUB
    2.0988
  • TRY
    0.0438
  • GBP
    2.2441
15958

Dövlət büdcəsindən turizmin inkişafı məqsədilə ayrılan vəsaitlərin mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluqdan Valyuta.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Hesablama Palatasından turizmin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin icrası zamanı yol verilmiş qanun pozuntuları haqqında Baş Prokurorluğa daxil olmuş material üzrə araşdırma aparılıb.

Müəyyən edilib ki, hazırda ləğv edilmiş Mədəniyyət və Turizm Nazirliyi ilə “Rəqəmli Dövr” MMC arasında bağlanmış müqavilə üzrə Nazirliyin əsasında yaradılmış Dövlət Turizm Agentliyi tərəfindən faktiki olaraq satın alınmadığı halda, müxtəlif kitabçaların və xəritələrin satın alınması üzrə qeyd edilən Cəmiyyətə 14 noyabr 2018-ci il tarixdə külli miqdarda ödəniş edilib.

Habelə, ölkədə keçirilmiş ticarət festivalları (“Şoppinq festival”) üzrə icraçı müəssisə olan “Azərbaycan Konqreslər Bürosu” MMC tərəfindən 2017-2018-ci illərdə təşkil edilmiş ümumilikdə üç belə festival üzrə ayrı-ayrı telekanallarda reklamların ödənişsiz əsaslarla yerləşdirildiyi halda, reklam xidmətlərinə görə Nazirlik tərəfindən qeyd edilən Cəmiyyətə xüsusilə külli miqdarda büdcə vəsaiti ödənilib.

Bundan əlavə, araşdırmalarla Nazirlik tərəfindən müxtəlif xidmətlərin göstərilməsinə dair müqavilələrin icrası zamanı heç bir təsdiqedici sənədlər olmadan büdcə vəsaitinin silinməsinə yol verildiyi, həmçinin tədbirlərin keçirilməsi ilə bağlı icarə xərcləri üzrə artıq büdcə vəsaitinin ödənildiyi də müəyyən edilib. 

Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Borcun ödənilməsi üçün bu şirkətə vaxt verildi

Azərbaycanlı məktəbli BMT Oyunlarında medal qazandı

Azərbaycanlı məktəbli BMT Oyunlarında medal qazandı

"Nvidia" Səudiyyə Ərəbistanını qlobal süni intellekt liderinə çevirməyi hədəfləyir

"Samsung" 1,5 milyard avro şirkət aldı

Azərbaycanda uşağa görə verilən müavinətlər - SİYAHI

2025-ci ildə almağa dəyər 15 krossover - Mütəxəssislər açıqladı

Nazirlikdən bu şirkətə 3 milyonluq dərslik sifarişi

Bank hesabın açılması üçün vətəndaşdan qohumları ilə ofisə gəlməyi tələb edib - Bu qanunidirmi?

Müvəqqəti bağlanan “Instagram” hesabını necə açmaq olar?

Turizm agentliyi 1 milyon manatlıq media turlar təşkil edəcək

Fırıldaqçıların yeni silahı: Süni intellektlə gələn təhlükə

Hüseyn Həsənov axtarışa verilməsini şərh etdi

Ali təhsildə hansı fənlər vacibdir, hansılar artıq hesab olunur? - SORĞU

Ali təhsildə hansı fənlər vacibdir, hansılar artıq hesab olunur? - SORĞU

ABŞ dünyanı "Huawei" çiplərindən istifadəyə görə cinayət məsuliyyəti ilə hədələyir

Bir milyonluq şirkətin 848 min manat vergi borcu var

Bu universitetdə yeni ixtisas yaradıldı

Biznesin ilk 6 Ayı - Yeni sahibkarlar nələrə diqqət etməlidir?

İnvestisiya qoyuluşunda azalma - Nə qədər davam edə bilər?

“Sübhan” MMC-nin rəhbərinə “stop” qoyuldu

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO

Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib

Çin günəş inverterlərində gizli rabitə modulları tapıldı

Bu il ən çox satılan planşet markaları - CƏDVƏL

Bu il ən çox satılan planşet markaları - CƏDVƏL

Nadir mavi brilyant hərracda 21,5 milyon dollara satıldı

Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi

Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR

Qadınlar üçün İT sahəsində 3000 manatlıq təqaüd elan olunub

İşçilərin sayı dövlət sektorunda azalıb, özəl sektorda artıb

Kosmetoloq müştərisinin qızıllarını ələ keçirib lombarda qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin