2025-ci ildə satışa çıxarılacaq qapaqlı və qatlanan telefonları açıqlanıb
Qatlanan telefon bazarı hər gün böyüyür və bir çox fərqli şirkət bu texnologiyanı inkişaf etdirərək bazara təqdim etməyə davam edir. Bu gün isə sızdırmaları ilə tanınan "Digital Chat Station" (DCS) 2025-ci ildə satışa çıxarılması gözlənilən qapaqlı və qatlanan telefonların siyahısını paylaşıb.
Valyuta.az-ın məlumatına görə, bəzi tanınmış brendlərin istehsal xərcləri səbəbindən qatlanan telefon bazarından çəkilmə ehtimalı ilə bağlı şayiələr yayılsa da, sızdırılmış yeni siyahıya əsasən, 2025-ci il qatlanan telefon bazarı üçün məhsuldar olacaq.
2025-ci ildə təqdim olunacaq qapaqlı telefonlar
Daha kompakt dizaynı ilə seçilən qapaqlı telefonlar yeni modelləri ilə texnologiya həvəskarlarını cəlb etməyə hazırlaşır. DCS-nin paylaşdığı məlumata görə, 2025-ci ildə satışa çıxarılması gözlənilən qapaqlı telefonlar:
"Huawei Pocket 3"
"Xiaomi Mix Flip 2"
"Honor Magic V Flip 2"
2025-ci ildə təqdim olunacaq qatlanan telefonlar
Qapaqlı telefonlarla yanaşı, planşetə bənzər böyük ekranlara malik qatlanan telefonlar sahəsində də rəqabət artacaq. DCS-nin məlumatına görə, "Oppo", "Honor", "Vivo" və "Huawei" kimi brendlər mövcud modellərinin yeni versiyalarını 2025-ci ildə bazara çıxaracaq:
"Oppo Find N5" (qlobal bazarda çox güman ki, "OnePlus Open 2" adı ilə təqdim ediləcək)
"Honor Magic V4"
"Vivo X Fold 4"
"Huawei Mate X7"
Bu cihazların təqdimatı 2025-ci ilin texnologiya həvəskarları üçün maraqlı və yeniliklərlə dolu keçəcəyinə işarə edir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay