NASA yerdə və Kosmosda süni intellekt texnologiyalarından necə istifadə edir?
NASA-nın elmi kəşflərində, avtonom sistemlərdə və kosmik missiyalarda süni intellekt texnologiyalarının rolu açıqlanıb
Valyuta.az xəbər verir ki, bu barədə açıqlamanı NASA-nın Süni İntellekt üzrə direktoru David Salvagnini edib.
O, süni intellekt texnologiyalarının NASA-nın işlərini necə formalaşdırdğından danışıb.
Onilliklər ərzində NASA həm Yerdə, həm də Kosmosda əməliyyatlarını dəstəkləmək və optimallaşdırmaq üçün süni intellekt texnologiyasından istifadə edir. Süni intellekt astronavtlar üçün missiyaların planlaşdırılması və vaxtının müəyyən edilməsindən başlayaraq peyk məlumat dəstlərinin təhlilinə, anomaliyaların diaqnostikası və aşkarlanmasından tutmuş, avtonom sistemlərin inkişafına qədər müxtəlif sahələrdə tətbiq olunur.
NASA-DA SÜNİ ZƏKANIN ROLU NƏDİR?
Süni intellekt alətlərinin istifadəsi NASA-nın qərar vermə proseslərini sürətləndirmək, resurslara qənaət etmək və işçi qüvvəsinin səmərəliliyini artırmaq kimi transformativ üstünlüklər təklif edir.
David Salvagnini NASA-nın bir çox sahələrdə süni intellektdən və texnologiya maşınlarından aktiv şəkildə istifadə etdiyini bildirib.
Xüsusilə, bu texnologiyalar bizim günəş sistemimizdə və ya uzaq günəş sistemlərində obyektlərin kəşfində elmi araşdırmaları dəstəkləmək üçün istifadə olunur.
Məsələn, “ExoMiner” adlı texnologiya maşının öyrənməsi ilə proqramlaşdırılmış süni intellektdən istifadə edərək ekzoplanetləri və uzaq günəş sistemlərini müəyyən edir.
Bu sistem 15 il əvvələ qədər toplanmış məlumatlar əsasında öyrədilib və əvvəllər kəşf edilməmiş obyektləri müəyyən edə bilib.
MARSIN KƏŞFİYYAT MAŞININDA SÜNİ ZEKA
Digər mühüm istifadə sahəsi muxtariyyətdir.
Marsın səthində araşdırma aparan “Mars Perseverance Rover” aparatı Mars səthində təhlükəsiz hərəkət etməli, maneələrdən və ya təhlükələrdən qaçmalı və Yerlə əlaqədə potensial gecikmələrə baxmayaraq fəaliyyət göstərməlidir.
Müasir avtonom nəqliyyat vasitələrində görülənlərə bənzər olaraq, roverdəki süni intellekt sistemi ətraf mühit şəraitini emal edir və aparatın necə hərəkət etməsi lazım olduğunu müəyyən etmək üçün qərarlar verir.
SÜNİ ZƏKANIN HAVA PROQNOZU
NASA həmçinin hava və iqlimlə bağlı proqnozlar hazırlamaq üçün “Prithvi” adlı süni intellekt hava-iqlim baza modeli yaradıb.
Bu model qısamüddətli hava proqnozlarından tutmuş uzunmüddətli iqlim proqnozlarına qədər bir çox problemin öhdəsindən gəlmək üçün çevik və genişləndirilə bilən bir yol təklif edir.
Bu aparat Kosmos tullantılarını da təmizləyəcək
Salvaqnini bildirib ki, süni intellekt NASA-nın gələcək missiyalarında daha uyğun və avtonom sistemlərin inkişaf etdirilməsində mühüm rol oynayacaq.
Məsələn, süni intellekt orbitdə kosmik tullantıların aşkarlanmasından tutmuş bu zibilin təmizlənməsi üçün sistemlərin işlənib hazırlanmasına qədər geniş bir sahədə istifadə olunacaq.
NASA-nın kosmik davamlılığı ölçmək və qiymətləndirmək üçün nəşr etdiyi Kosmik Davamlılıq Strategiyasında süni intellektin bu araşdırmalardakı rolu haqqında da məlumat verilib.
Süni intellekt rabitə sistemlərinin optimallaşdırılmasında da təsirli olacaq. Kosmosda çoxsaylı rabitə şəbəkələri ilə daha mürəkkəb ehtiyaclar yarandıqda, süni intellekt ən uyğun rabitə yolunu seçərək məlumatların ötürülməsinin etibarlılığını artıra biləcək.
Bundan əlavə, NASA uzunmüddətli perspektivdə süni intellektlə insanların kosmik uçuşlarını dəstəkləməyi planlaşdırır.
Məsələn, təcili tibbi müdaxilələr zamanı süni intellektlə dəstəklənən diaqnostika və müalicə tövsiyələrini təmin edən texnologiyalar hazırlanır.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay