BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
60763

"Apple" şirkəti Çində ciddi çətinliklərlə üzləşir. Bu, "iPhone" cihazlarında süni intellekt (Al) funksiyalarının olmaması və yerli istehsalçıların güclənməsi ilə bağlıdır. "Huawei" kimi şirkətlər Al funksiyalarını artıq yerli tələblərə uyğunlaşdıraraq bazarda üstünlük qazanıblar.

Valyuta.az xəbər verir ki, bu barədə "Telecoms Tech News" (TTN) nəşri yazıb.

Çin tənzimləyici qurumları xarici cihaz istehsalçılarından istifadə etdikləri süni intellekt funksiyalarının təsdiqlənməsi üçün xüsusi lisenziyalar təqdim etməyi tələb edir. Bu səbəbdən "Apple" öz Al funksiyalarını təqdim etmək üçün "Baidu", "ByteDance" və ya "Moonshot" kimi yerli süni intellekt şirkətləri ilə əməkdaşlıq etməlidir.

Bu vəziyyət "Apple"ın Çin bazarındakı rəqabət üstünlüyünü təhlükə altına alır. Yerli istehsalçılar artıq Çin hökumətinin təsdiqini almış süni intellekt həlləri ilə bazara çıxaraq, mövqelərini gücləndirirlər. Analitiklər hesab edirlər ki, "Apple" bu şirkətlərlə əməkdaşlıq etmədiyi halda, süni intellekt funksiyalarını Çin bazarına gətirməkdə gecikmə ilə üzləşə bilər. Bu gecikmənin ən azı 2025-ci ilin ikinci yarısına qədər davam edəcəyi proqnozlaşdırılır.

"Apple" hazırda Çin xaricində süni intellekti tətbiq etmək üçün məlumatların cihazda, xüsusi bulud serverlərində və bəzi hallarda "OpenAI" serverlərində emalını əsas götürür. Lakin Çində bütün süni intellekt modellərinin ciddi şəkildə test olunmasını tələb edən tənzimləmə qaydaları bu yanaşmanı çətinləşdirir.

"Apple"ın Çin bazarında mövqelərini qoruyub saxlamaq üçün necə bir strategiya seçəcəyi maraqla gözlənilir. 

Paşa Məmmədli


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin