Türkiyə "Amazon"un "Twitch" platformasını böyük məbləğdə cərimələyib
Türkiyənin Şəxsi Məlumatların Qorunması İdarəsi (KVKK), "Amazon"un oyun platforması olan "Twitch"i məlumat sızması ilə bağlı 2 milyon lirə (təxminən 58 min dollar) cərimələyib.
Valyuta.az xəbər verir ki, bu barədə şənbə günü rəsmi "Anadolu Agentliyi" məlumat yayıb.
KVKK, 125 GB həcmində məlumat sızmasından sonra araşdırma başladığını bildirib. Araşdırma nəticəsində məlum olub ki, "Twitch" hadisədən əvvəl yetərli təhlükəsizlik tədbirləri görməyib və problemi yalnız sonradan aradan qaldırıb. İdarə həmçinin risk və təhdidlərin qiymətləndirilməsinin yetərsiz olduğunu vurğulayıb.
Məlumat sızması Türkiyədə 35,274 nəfəri təsir edib. Bu səbəbdən KVKK yetərsiz təhlükəsizlik tədbirlərinə görə "Twitch"i 1,75 milyon lirə, məlumat sızmasını vaxtında bildirmədiyinə görə isə 250,000 lirə cərimələyib.
"Twitch" məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay