"iPhone" "Samsung" smartfonlarından daha tez ucuzlaşmağa başladı
Uzun müddətdir ki, yenidən satış üçün ən yaxşı investisiya hesab edilən "Apple" smartfonları əvvəlkindən daha sürətlə dəyər itirməyə başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə "SellCell" şirkətinin araşdırmasında deyilir.
Araşdırmaya görə, "iPhone 16" buraxılışının ilk iki həftəsində "iPhone 15"dən 8% daha tez köhnəlir. Bu tendensiya yalnız əsas modellərdə deyil, bütün xətt boyunca müşahidə olunur. İlk iki həftədə "iPhone 16" satışları 41,2%, keçən ilki modellər isə bu müddət ərzində 33,2% azalıb.
"SellCell" analitikləri qeyd edirlər ki, "iPhone 12"nin buraxılmasından bəri hər il əvvəlki nəsil "Apple" smartfonları ilə müqayisədə qiymətdə 5% ucuzlaşma müşahidə olunur. "Apple" cihazları öz qiymətini hələ də əksər rəqiblərdən daha yaxşı saxlasa da, hər yeni nəsil əvvəlkindən daha tez dəyərini itirir. Bu, yeni smartfon seçərkən istifadəçilərin qərarlarına əhəmiyyətli dərəcədə təsir edə bilər.
Eyni zamanda, "Samsung" smartfonları əks tendensiya nümayiş etdirir. Keçən il ərzində "Galaxy S23" öz dəyərini 61,1% itirib ki, bu da əvvəlki modelin 66,7%-dən yaxşılaşıb. Cari "Galaxy S24" modeli daha da yavaş qiymət enişini göstərir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay