2026-cı ildə çıxacaq "iPhone 18"in ilk detalları məlum oldu
Gələcək "iPhone 18" 2 nanometrlik çip və 12 GB RAM alacaq.
Valyuta.az xəbər verir ki, bu barədə "MacRumors" portalı Çinin "Phone Chip Expert" insayderinə istinadən məlumat yayıb.
Mənbəyə görə, 2026-cı ildə "Apple" TSMC-dən 2 nanometrlik proseslə istehsal olunacaq A20 çipli "iPhone 18"i təqdim edəcək. Yeni məhsul indiki InFo texnologiyasını əvəz edəcək WMCM texnologiyasından istifadə etməklə yaradılmış çip alacaq. Bu, CPU, GPU və digər çipset komponentləri arasında əlaqənin daha çox çevikliyini və optimallaşdırılmasını təmin edəcək.
Bundan əlavə, smartfon RAM həcmini 8-dən 12 GB-a qədər artırması ilə də hesablanır.
Minq-Şi Kuo qeyd edir ki, 2nm proses texnologiyası ilə hazırlanmış çiplər yüksək qiymətə görə yalnız "iPhone 18"in Pro versiyalarında istifadə ediləcək. TSMC-nin 2025-ci ilin sonunda belə çiplərin kütləvi istehsalına başlaması gözlənilir və "Apple" onları alan ilk şirkət olacaq.
Mövcud "iPhone 16" və "iPhone 16 Pro" modelləri 3 nanometrlik prosesdən istifadə edilməklə istehsal olunan "Apple A18" və "Apple A18 Pro" çipləri ilə təchiz edilib. 3 nanometr texnologiyasından istifadə etməklə yaradılmış "Android" smartfonları üçün yeganə cari çip "MediaTek Dimensity 9400"dür.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay