Alimlər süni intellektin enerji istehlakını 95 % azaltmağın yolunu tapdı
Amerikanın "BitEnergy AI" texnologiya şirkətinin mühəndisləri süni intellekt (AI) tətbiqlərinin enerji sərfiyyatını 95% azaldan alqoritm yaradıblar.
Valyuta.az xəbər verir ki, tədqiqat "arXiv" qeyri-resenziyalı elmi nəşrlər portalında dərc edilib.
Süni intellekt texnologiyalarının geniş tətbiqi enerji tələbatının kəskin artmasına səbəb olub. Məsələn, məşhur süni intellekt modeli "ChatGPT" gündə təxminən 564 MVt/saat enerji istehlak edir ki, bu da 18 min evi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir.
"BitEnergy AI" komandası iddia edir ki, yeni inkişafla heç bir performans itkisinə səbəb olmadan AI tətbiqlərini işə salmaq üçün tələb olunan hesablama miqdarını əhəmiyyətli dərəcədə azaltmaq üçün bir yol tapıblar.
Xətti-Mürəkkəb Vurma adlanan təklif olunan metod daha bahalı üzən nöqtə vurma yerinə tam ədədlərin toplanmasından istifadə edir.
Tədqiqatçılar qeyd ediblər ki, bu tip hesablamalar mövcud avadanlıqlarla uyğun deyil, lakin komanda artıq onların həlli üçün qurğular hazırlayıb və sınaqdan keçirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay