"Wikipedia" süni intellektlə yaradılan saxta məqalələr problemini həll etdi
"Wikipedia" süni intellekt (Al) tərəfindən yaradılan yalan məlumatlar olan kütləvi nəşrlərə görə AI mətnlərini aşkar etmək, redaktə etmək və silmək üçün "WikiProject AI Cleanup" layihəsini işə salıb.
Valyuta.az xəbər verir ki, bu barədə "TechSpot" məlumat yayıb.
"WikiProject AI Cleanup" yaradıcısı İlyas Leblueyə görə, problem "Wikipedia" redaktorları və istifadəçiləri AI tərəfindən aydın şəkildə yazılmış məqalələrin bölmələrini gördükdə aydın olub. Bəzi mətnlər "ChatGPT"dən istifadə edilərək səsləndirildikdə bu şübhələr təsdiqlənib.
Xüsusilə parlaq nümunə Osmanlı qalası Əmberlisihar haqqında reallıqda olmayan məqalə olub. Təxminən 2 min sözdən ibarət olan məqalədə uydurma obyektin yeri və inşası ətraflı təsvir edilib ki, bu da real faktların daxil edilməsi sayəsində saxta məlumatları mümkün qədər inandırıcı edib.
Lebleu və onun həmkarları qeyd edirlər ki, neyron şəbəkəsi tərəfindən yaradılan məqalələri dərc edən istifadəçilərin dəqiq motivasiyası məlum deyil, lakin problemin bir hissəsi hər kəsə redaktor olmağa imkan verən "Wikipedia"nın strukturundadır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay