Apple, ağıllı üzüklə bağlı planlardan imtina etdi
Samsung-un Galaxy Ring ağıllı üzüyünə cavab olaraq, Apple ağıllı üzük planlarını ləğv etdi.
Valyuta.Az-ın verdiyi xəbərə görə, Apple, ağıllı saatlara yönəlməyi üstün tutaraq geyilə bilən texnologiya sahəsində strategiyasını yenidən nəzərdən keçirməyə çalışır.
Bu ilin iyul ayında Samsung Galaxy Ring adlanan ağıllı üzük modelini təqdim etmişdi. Bundan sonra Apple, ağıllı üzük inkişafı planlarını ləğv etdi. Bloomberg müxbiri Mark Gurman bildirir ki, şirkət, ağıllı üzüklərin bəzi funksiyalarının ağıllı saatlarla əvəzlənə biləcəyini düşündüyünə görə üçün belə qərar alıb.
Ağıllı üzüklər, yüngül və rahat olmaları sayəsində sağlamlıq izlənməsi və bildiriş alma kimi funksiyalar təklif edir. Bu, ağıllı saat istifadə etməyənlər üçün yaxşı bir alternativdir. Ancaq Apple, ağıllı üzüklərin daha ucuz qiymətlərlə satılmasının gəlirliliyə təsir edə biləcəyini düşünür.
Daha əvvəl də qeyd etdiyimiz kimi, bu il Samsung-un ağıllı üzük bazarına girməsi bu sahəyə olan marağı artırdı. İlk Galaxy Ring satışlarının gözləniləndən yaxşı keçdiyi və bunun rəqabəti gücləndirə biləcəyini deyə bilərik.
Apple, əvvəllər ağıllı üzüklərin digər Apple cihazlarını idarə etmə funksiyalarına sahib ola biləcəyinə dair patentlər almışdı. Ancaq bu fikirlərin ləğv edilməsi, şirkətin ağıllı saatlara yönəlmə qərarını gücləndirdiyini göstərir.
Bundan əlavə, keçən həftə Apple-ın OpenAI üçün təşkil edilən yeni bir investisiya turundan son anda geri çəkildiyi bildirilmişdi. Bu inkişaflar, şirkətin strategiyasını və prioritetlərini yenidən nəzərdən keçirdiyini göstərir. Digər tərəfdən, şirkətin sağlamlıq və fitness izlənməsi sahəsinə investisiya etməyə davam edəcəyi gözlənilir. Ancaq hələlik Apple Watch seriyası, geyilə bilən texnologiya sahəsində əsas diqqət mərkəzi olaraq qalacaq kimi görünür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay