“Samsung”un mənfəət bərpası 3-cü rübdə zəiflədi
Dünyanın ən böyük istehsalçılarından biri olan “Samsung”un əməliyyat mənfəətinin sentyabrın 30-da başa çatan rübdə 10,33 trilyon von (7,67 milyard dollar) təşkil etdiyi bildirilib. Bu LSEG SmartEstimate ilə işləyən 29 analitikin hesablamalarında öz əksini tapıb. Mənfəət bir il əvvəlki 2,43 trilyon vondan çoxdur. Lakin əvvəlki rübdə bildirilən 10,44 trilyon vondan çox az dəyişib.
Analitiklərin fikrincə, yüksək səviyyəli qatlana bilən telefonların satışlarında da geriləmə ola bilər. Bu da “Huawei” kimi çinli rəqiblərin artan rəqabəti ilə üzləşən şirkətin mənfəətinə təsir göstərir. “Reuters”in tərtib etdiyi məqalədə qeyd olunub ki, “Samsung”un mobil telefon və şəbəkə biznesləri üçüncü rübdə 2,6 trilyon von əməliyyat mənfəəti əldə edib ki, bu da bir il əvvəlki ilə müqayisədə 20 faiz azdır.
“Samsung Electronics” şirkətinin səhmləri bu il indiyədək 23 % ucuzlaşaraq “SK Hynix”in 23 % artımından geri qalır.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay