"iPhone SE 4" "iPhone 15"dən daha güclü olacaq
Büdcəli "iPhone SE 4" 2025-ci ildə buraxılacaq və "iPhone 14"ə bənzəyəcək.
Valyuta.az xəbər verir ki, bu barədə "9to5Mac" mənbələrə istinadən yazıb.
Kod adı V59 olan yeni "iPhone" modeli düz kənarları və çentikli OLED ekranı da daxil olmaqla, "iPhone 14"ə bənzər müasir dizayna sahib olacaq. Ekranın təsvir ölçüsü "iPhone 14" ilə eyni olacaq - 1170x2532 piksel. Eyni zamanda, "Apple Face ID" üz skanerinin xeyrinə "Touch ID"dən imtina edəcək.
"iPhone SE 4"ün performansı xüsusi "Apple A18" çipi və "iPhone 16"da olduğu kimi 8 GB RAM ilə idarə olunacaq və bu, yeni məhsula "Apple Intelligence AI" sistemini dəstəkləməyə imkan verəcək.
Smartfonda cəmi iki kamera olacaq: 48 meqapiksellik əsas və 12 meqapiksellik ön kamera. Beləliklə, smartfon seriyalı modellər kimi ultra geniş bucaqlı modul və telefoto obyektivlə təchiz edilməyəcək.
"iPhone SE 4"ün əsas xüsusiyyəti özəl 5G modemin istifadəsi olacaq. Yeni modemin xüsusilə enerjiyə qənaət rejimində enerji istehlakını azaldacağı gözlənilir.
"iPhone SE 4" 2025-ci ilin yazında təqdim olunacaq. Analitiklər hesab edirlər ki, büdcəli "iPhone"un qiyməti əsas konfiqurasiyada 459-499 dollar arasında dəyişəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay