BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2757
56336

Məşhur oyun dizayneri Şigeru Miyamoto süni intellekt (AI) və "Nintendo"nun video oyun sənayesində innovasiyalara yanaşması kimi texnologiyaların inkişafı ilə bağlı fikirlərini bölüşüb. 

Valyuta.az xəbər verir ki, o, bu barədə "The New York Times"a eksklüziv müsahibəsində danışıb.

Miyamoto qeyd edib ki, bir çox şirkət süni intellekt sahəsində liderləri izləməyə çalışır, lakin "Nintendo" bazarda unikallığını qoruyaraq, öz yolu ilə getməyə üstünlük verir.

“Yalnız fərqlənmək üçün fərqli bir istiqamətə gedəcəyimiz kimi görünə bilər, amma əslində "Nintendo"nu xüsusi edən şey axtarırıq. Bir çox insan süni intellektdən danışır, lakin belə hallarda hamı çox vaxt eyni istiqamətdə hərəkət etməyə başlayır. "Nintendo" öz yolunu tapmaq istəyir", deyə oyun dizayneri vurğulayıb.

Yapon çoxmillətli video oyun şirkəti olan "Nintendo" 1889-cu ildə yaradılıb və o vaxtdan bəri sənayenin ən uğurlu və tanınan brendlərindən birinə çevrilib. 1977-ci ildə ilk Rəngli TV-Oyun konsolunun buraxılmasından bəri "Nintendo "Super Mario Bros." və "The Legend of Zelda", həmçinin "Game Boy", "Wii" və "Nintendo Switch" kimi inqilabi konsollar yaradıb.

“The Legend of Zelda” və “Star Fox” kimi layihələr üzərində işi ilə tanınan Şigeru Miyamoto video oyun sənayesində uğur qazanmaq üçün süni intellekt kimi texnologiyaların inkişaf etdirilməsi zamanı fərdiliyi və yaradıcılığı qorumağın vacibliyini vurğulayır.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bakıya yaxın bir yerdə yeni paytaxt tikmək daha yaxşı fikirdir" - Vahid Əhmədov

Rusiya Azərbaycana süd məhsulları satışını 2 dəfə artıra bilər

Tədavüldə olan qiymətli kağızların həcmi 8 milyard manata çatıb

Xlorun litrini xaricdən neçəyə alırıq?

Kapital Bank-ın sponsorluğu ilə “Agile Azerbaijan International Summit-2024” keçiriləcək®

İtaliya şirkəti Azərbaycandakı filialını bağladı

İnvestisiya şirkətlərinin xalis mənfəəti 15 %-dən çox azalıb

Qızıl və gümüş ucuzlaşdı

Oqtay Əsədovun xanımının yerinə təyinat

Oqtay Əsədovun xanımının yerinə təyinat

Azərbaycanda TOP3-ə daxil olan bankların kredit portfelində payı bir qədər də artıb

Möhbalıyevin həyat yoldaşı işdən çıxarıldı

Bu il həyatını sığortalatdıranlar 31 faiz artıb

Prezident Zəfər parkında olub(FOTO)

Azərbaycan nefti bu gün 2 dollardan çox ucuzlaşdı

Biznesləri uğurlu edən sosial şəbəkələr - Diqqət edilməli məqamlar

EBRD-nin Bakı ofisinin keçmiş rəhbəri 48 yaşında vəfat etdi

Bank sektorunun likvid aktivləri bu il 5 % azalıb

Könüllü sığorta növü üzrə yığımlar 700 milyon manata çatıb

Bakıda daha bir yeraltı parklanma məntəqəsi istifadəyə verilib

Azərbaycanda 1 günlük 1000 AZN-ə təklif edilən evlər (VİDEO)

Şahdağa qar yağıb -FAKTİKİ HAVA

Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbilərin sayı

Türk lirəsi və rubl ucuzlaşdı - Məzənnə

“iPhone 16” “Apple”ın ən şöhrətsiz smartfonu seçildi

Azərbaycanda Anım Günüdür

Vətən müharibəsinin başlamasından 4 il ötür

ABŞ qlobal kriptovalyuta şəbəkəsinə qarşı mübarizəyə başlayır

Qarabağda fərdi ev tikməyə icazə verilir?

Kremlə pis xəbər: Bayden G7 və Aİ-nin Rusiya aktivlərini dondurduğunu təsdiqlədi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin