"Apple "iOS 18"ə yalnız seçilmiş "iPhone"lar üçün yeni funksiyalar əlavə edəcək
"Apple" "iOS 18"də süni intellektlə işləyən yeni funksiyaları yalnız yeni "iPhone" modelləri ilə məhdudlaşdıra bilər.
Valyuta.az xəbər verir ki, bu barədə nüfuzlu insayder və "Bloomberg"in jurnalisti Mark Qurmana istinadən "9to5Mac" portalı məlumat yayıb.
Güman edilir ki, "iOS 18"də bütün yeniliklərin işləməsi üçün sizə "A17 Pro" və ya daha yüksək çipli smartfon lazımdır. Beləliklə, əsas funksiyalar yalnız "iPhone 15 Pro", "iPhone 15 Pro Max" və gələcək "Apple" smartfonlarında mövcud olacaq. Bu halda əsas "iPhone 15", "iPhone 15 Plus" (A16) və əvvəlki modellər süni intellekt funksiyalarını qəbul etməyə bilər.
Göründüyü kimi, çip üçün yüksək tələblər həm "Apple"ın flaqman modellərini tanıtmaqda marketinq strategiyası, həm də texniki zərurətlə bağlıdır. "Apple A17 Pro" çipi daha sürətli performansa və saniyədə 35 trilyon əməliyyatı emal edə bilən güclü 16 nüvəli neyron prosessoruna malikdir. Həmçinin, "iPhone 15 Pro"da "iPhone 15"də GB yerinə 8 GB RAM var.
"Mac" kompüterlərində və "iPad"lərdə işləmək üçün süni intellektin sistem tələblərinə "Apple M1" və ya daha yüksək çip daxildir.
"iOS 18"in buraxılışı "iPhone 16" xəttinin təqdimatından sonra sentyabrda gözlənilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay