OpenAI generativ süni intellektin iqtisadiyyata təsirini qiymətləndirdi
Generativ süni intellekt iqtisadiyyata nəzərəçarpacaq dərəcədə təsir etməyə başlayır.
Valyuta.az xəbər verir ki, bu fikri OpenAI-nin baş texniki direktoru Mira Murati deyib.
Sinqapurda keçirilən Asia Tech X konfransında o, video keçid vasitəsilə qeyd edib ki, istifadəçilərə mətn, təqdimatlar və videolar kimi məzmun yaratmağa kömək edən yeni GPT-4o modeli istifadə üçün daha intuitiv olur və bu, onun qəbuluna təkan verir.
Mira Muratinin sözlərinə görə, insanlar kodlaşdırma, yazı və inzibati iş kimi tapşırıqlar üçün süni intellekt vasitələrindən getdikcə daha çox istifadə edirlər.
"Biz bunun biznesə və işə təsirindən tam xəbərdar deyilik, çünki hər şey yeni başlayır. Amma indiyə qədər görürük ki, çox qısa müddət ərzində bu süni intellekt sistemləri işçi kimi iş prosesinə daxil olub”, - OpenAI-nin baş texniki direktoru əminliklə deyib.
O, həmçinin vurğulayıb ki, "AI-nin inkişafı indi son dərəcə rəqabətlidir".
Yeri gəlmişkən, bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva süni intellektin dünya əmək bazarına “sunami kimi” zərbə vurduğu barədə fikir bildirib.
Onun sözlərinə görə, yaxın iki ildə süni intellektin inkişaf etmiş ölkələrdəki iş yerlərinin 60%-nə, dünya üzrə isə 40%-nə təsir edəcəyi ehtimal edilir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay