BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7676
  • RUB
    1.6798
  • TRY
    0.0482
  • GBP
    2.1318
47744

"Microsoft" korporasiyası GPT4 əsasında generativ süni intellekt modelini işləyib hazırlayıb ki, bu model tamamilə internetsiz də işləyə və xüsusilə ABŞ xüsusi xidmət orqanları üçün çox məxfi məlumatları təhlil etmək üçün istifadə edilə bilər.

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, bu, ilk dəfədir böyük dil modeli internetsiz tam işləyir. "OpenAI"nin "ChatGPT" də daxil olmaqla əksər süni intellekt modelləri nümunələri öyrənmək və müəyyən etmək üçün bulud əsaslı xidmətlərdən istifadə edir, lakin "Microsoft" ABŞ kəşfiyyat agentliyini təhlükəsiz sistemlə təmin etmək istəyir.

"Biz ilk dəfədir ki, təcrid olunmuş versiyaya sahib oluruq - təcrid olunmuş o deməkdir ki, onun internetə qoşulması yoxdur və yalnız ABŞ hökumətinin çıxışı olan xüsusi bir şəbəkədədir", deyə "Microsoft"un baş texnologiya direktoru Uilyam Kappell bildirib.

Buludda yerləşən bu yeni AI modeli statikdir, yəni o faylları oxuya bilər, lakin onlardan və ya açıq internetdən öyrənə bilməz. Bu yolla ABŞ hökuməti məxfi məlumatların sızmasının qarşısını ala bilər.

Məlumata görə, "Microsoft" son 18 ay ərzində öz sistemi üzərində işləyir, o cümlədən Ayova ştatında mövcud süni intellekt superkompüterini modifikasiya edir. Xidmət indi kəşfiyyat icması tərəfindən sınaqdan və akkreditasiyadan keçməlidir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu gün Azərbaycanda matəm günüdür

"KDV Azərbaycan" cərimələnir

2025-ci ildə Avropada turist axını gözlənilən üç az tanınan şəhər

"ATLANTİS-2018 GLOBAL"a protokol tərtib edilib

"Milyarderlər sığınacağı"na köçdü, 1 milyard dollar vergiyə qənaət etdi

"Almet Holding" məhkəmə qarşısında

"Mars-A" gömrük bəyannaməsi təqdim etməyib?

"QIZIL ULDUZ 2001" məhkəmə qarşısında

Avropanın enerji böhranı və azalan ehtiyatları

İcra hakimiyyətinin 2,4 milyonluq iki tenderi ləğv edildi

AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutusu” tapıldı

"De Beers" şirkəti milyardlarla dollarlıq almaz ehtiyatlarını sata bilmir

Təyyarə qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirilib - Müvafiq tapşırıqlar verildi

2025-ci ildə gümüş üçün proqnozlar - "TD Securities"

Çinin elektromobil bazarındakı hegemonluğu

Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub

Nazirliyin 19 milyonluq müqavilə bağladığı şirkətin sahibi kimdir?

Nazirliyin 19 milyonluq müqavilə bağladığı şirkətin sahibi kimdir?

Bank sektorunun xarici öhdəlikləri artıb

Ötən ay 150-dən çox şəxs banklarda çalışmağa başlayıb

31 dekabr-2 yanvar tarixlərində gözlənilən ilkin hava proqnozu açıqlanıb

"Aqro-Vest DC" gömrük qaydalarını pozmaqda ittiham edilir

Kodsuz proqram platforması “Sitemate” 18 milyon dollar investisiya alıb

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Azərbaycanda süni intellekt laboratoriyası yaradılır

Matəm günü ilə bağlı dərslər dayandırılacaq?

"Toyota" avtomobil istehsalını ardıcıl 10-cu ayda da azaldıb

“Netflix” “Broadcom”un törəmə şirkətini məhkəməyə verib

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - YENİLƏNİB

"OpenAI" insanabənzər robot hazırlamağı planlaşdırır

"OpenAI" insanabənzər robot hazırlamağı planlaşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin