BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7676
  • RUB
    1.6798
  • TRY
    0.0482
  • GBP
    2.1318
47195

     Apple şirkəti bu il iPhone 16 smartfon seriyasını təqdim edəcək. İndi isə insayderlər bu seriyaya daxil olacaq bütün iPhone 16 modellərinin əks olunduqları fotonu təqdim ediblər. Təqdim edilmiş fotoda smartfonların maketlərinin arxa hissələri əks olunub. Fotoda dörd iPhone 16 modelini görmək olar. iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro və iPhone 16 Pro Max. Sözügedən foto smartfonların ölçülərinə nəzər yetirməyə və onların xarici görünüşlərini müqayisə etməyə imkan verir. Beləliklə fotodan da görmək olar ki, iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin ölçülərində böyümə olacaq.

     Fotoda qeyd edilib ki, iPhone 16 Pro modeli 6.3 düym, iPhone 16 Pro Max modeli isə 6.9 düym ekranla təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki iPhone 15 Pro modeli 6.1 düym, iPhone 15 Pro Max modeli isə 6.7 düym ekrana sahibdir. iPhone 16 və iPhone 16 Plus modellərinə gəldikdə isə onların ölçüləri keçən ilki iPhone 15 və iPhone 15 Plus-ın ölçüləri ilə eyni olacaq. Yəni adi iPhone 16 modeli 6.1 düym ekranla, iPhone 16 Plus modeli isə 6.7 düym ekranla təchiz olunacaq.  Bununla yanaşı fotodan da görmək olar ki, iPhone 16 və iPhone 16 Plus modellərində arxa kameralar şaquli vəziyyətdə yerləşəcəklər. Qeyd etmək lazımdır ki, iPhone 16 smartfon seriyası sentyabr ayında təqdim olunmalıdır.

© technote.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə gümüş üçün proqnozlar - "TD Securities"

Çinin elektromobil bazarındakı hegemonluğu

Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub

Nazirliyin 19 milyonluq müqavilə bağladığı şirkətin sahibi kimdir?

Nazirliyin 19 milyonluq müqavilə bağladığı şirkətin sahibi kimdir?

Bank sektorunun xarici öhdəlikləri artıb

Ötən ay 150-dən çox şəxs banklarda çalışmağa başlayıb

31 dekabr-2 yanvar tarixlərində gözlənilən ilkin hava proqnozu açıqlanıb

"Aqro-Vest DC" gömrük qaydalarını pozmaqda ittiham edilir

Kodsuz proqram platforması “Sitemate” 18 milyon dollar investisiya alıb

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Azərbaycanda süni intellekt laboratoriyası yaradılır

Matəm günü ilə bağlı dərslər dayandırılacaq?

"Toyota" avtomobil istehsalını ardıcıl 10-cu ayda da azaldıb

“Netflix” “Broadcom”un törəmə şirkətini məhkəməyə verib

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - YENİLƏNİB

"OpenAI" insanabənzər robot hazırlamağı planlaşdırır

"OpenAI" insanabənzər robot hazırlamağı planlaşdırır

Daha 2 xəstəxana TƏBİB-in tabeliyinə verildi

Təyyarə qəzasında həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsi təmin ediləcək

Şirkət nizamnamə kapitalını 4 milyondan 10 min manata endirdiyini elan etdi

BVF və Misir arasında 1,2 milyard dollarlıq razılaşma

Azərbaycanda matəm elan olundu

Azərbaycanda matəm elan olundu

Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI

Azərbaycanın aviasiya tarixindəki faciəli təyyarə QƏZALARI

Prezident təyyarə qəzası ilə bağlı Sərəncam imzalayıb

Prezident təyyarə qəzası ilə bağlı Sərəncam imzalayıb

Səhiyyənin Təminat Mərkəzi ilə “Qala Sığorta” arasında 200 minlik müqavilə

Tarixin ən ölümcül 7 təyyarə qəzası

Tarixin ən ölümcül 7 təyyarə qəzası

Təyyarənin ən təhlükəsiz yeri - AÇIQLAMA

Azərbaycan XİN: Təyyarə qəzasında sağ qalanlar arasında vəziyyəti ağır olanlar var

"Qiymət artımına pozitiv yanaşmalıyıq" - Deputat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin