Bir il ərzində "Telegram" istifadəçilərinin sayı milyarda çata bilər
Bir il ərzində "Telegram" istifadəçilərinin sayı 1 milyard nəfərə çata bilər.
Valyuta.az xəbər verir ki, bunu məşhur amerikalı jurnalist Taker Karlsona müsahibəsində messencerin həmtəsisçisi Pavel Durov deyib.
"Hazırda düşünürəm ki, biz 900 milyon istifadəçi olan "Telegram" ilə əla iş görürük. Ola bilsin ki, bir ildən sonra biz milyard aylıq aktiv istifadəçi sərhədini keçəcəyik", deyə Durov bildirib.
Eyni müsahibəsində Durov X sosial şəbəkəsinin inkişafında sahibkar İlon Maskın fəaliyyətini dəstəklədiyini ifadə edib. O, sosial şəbəkənin alınmasını bir çox səbəblərə görə əhəmiyyətli nailiyyət adlandırıb. Durov qeyd edib ki, Mask bəziləri uğursuz olsa belə, yeniliklər təqdim etməyə çalışır.
Keçən il oktyabrın 7-də Mask "Twitter"i 44 milyard dollara almağı başa çatdırıb. Bundan sonra o, şirkətin işçilərinin sayını 7,5 mindən təqribən 2 minə endirərək əhəmiyyətli ixtisar həyata keçirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay