2024-cü ilin uğursuz "Redmi" smartfonlarının adı açıqlandı
"AndroidInsider" portalının redaktorları alınması tövsiyə edilməyən 4 uğursuz "Redmi" smartfonunun siyahısını tərtib ediblər.
Valyuta.az xəbər verir ki, ilk yerdə "Xiaomi 13 Ultra" ilə xarici oxşarlığı olan ucuz "Redmi A3" qərarlaşıb. Bu smartfon güclü kameralarla öyünə bilməz - o, yalnız 8 meqapiksellik əsas sensordan istifadə edir, 0,08 meqapiksellik təsvir ölçülü dərinlik sensoru ilə tamamlanır. Cihazın əsas çatışmazlığı zəif "MediaTek Helio G36" çipidir. Bunun əvəzinə daha ucuz və daha güclü "Realme Note 50"yə daha yaxından baxmağı tövsiyə edilir.
İkinci yeri yalnız HD+ təsvir ölçüsünə malik tutqun IPS ekran, o qədər də yüksək performans göstərməyən "Helio G85" prosessoru və yavaş eMMC 5.1 yaddaş təklif edən "Redmi 13C" tutub. Daha aşağı qiymətə "Poco M5" və ya köhnə "Redmi 10C" daha yaxşı texniki xüsusiyyətlər təklif edir.
"Redmi Note 13 5G" də "Helio G99" ilə müqayisə oluna bilən köhnə və adı dəyişdirilmiş "Dimensity 810" çipi olan "MediaTek Dimensity 6080" prosessoru ilə mübahisəli bir cihaz olub. Mütəxəssislər bu smartfonun əvəzinə "Poco M6 Pro"ya diqqət yetirməyi tövsiyə edirlər.
AndroidInsider yazır ki, siyahı 200 MP-lik faydasız kamera ilə "Redmi Note 13 Pro 4G" ilə qapanır. Smartfonda istifadə edilən "Helio G99" çipi köhnə "Redmi Note 10 Pro"da "Snapdragon 732G"dən az fərqlənir. Bundan əlavə, zəif prosessor 200 meqapiksellik təsvir ölçüsünə malik kameranın bütün potensialını ortaya çıxara bilmir. Modelin əvəzinə sadələşdirilmiş kamera ilə "Redmi"nin ucuz analoqu olan "Samsung Galaxy A54" və ya "Redmi Note 13 Pro 5G", "Poco M6 Pro"almaq tövsiyə olunur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay