“Apple”ın Rusiyadakı gəliri 23 dəfə azalıb
“Apple”ın Rusiyadakı gəlirləri 23 dəfədən çox azalıb.
Valyuta.az xəbər verir ki, TASS bu barədə Federal Vergi Xidmətinin (FTS) məlumatlarına istinadən yazıb.
Federal Vergi Xidmətinin məlumatına görə, 2023-cü ildə "Apple"ın Rusiyadakı gəliri 3,6 milyard rubl təşkil edib. Müqayisə üçün bildirək ki, bir il əvvəl şirkətin göstəricisi 85 milyard rublu ötmüşdü. Bundan belə nəticə çıxır ki, “Apple”ın Rusiya Federasiyasındakı gəliri son bir ildə 23,6 dəfə azalıb. Şirkətin gəliri cihazların satışından və "Apple Music" kimi müxtəlif xidmətlər üçün abunə haqqının alınmasından gəlir.
Eyni zamanda, vergi hesabatı "Apple"ın xalis zərərinin altı dəfədən çox azaldığını göstərir. 2022-ci ildə 6,5 milyard rubl idisə, 2023-cü ildə təxminən 1 milyard rubla qədər azalıb.
Bu dəyişikliklər 2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra "Apple"ın Rusiya Federasiyasındakı kommersiya fəaliyyətini rəsmən dayandırması ilə birbaşa bağlıdır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay