"Apple" bir nömrəli smartfon istehsalçısı titulunu itirdi
2024-cü ilin fevral ayının sonuna kimi "Samsung" 19,69 milyon smartfon sataraq bazarın 20%-ni tutub ki, bu da digər brendlər arasında ən yaxşı nəticədir.
Valyuta.az xəbər verir ki, bu barədə “The Korea Times” "Counterpoint Research" analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Xüsusilə, "Samsung" 34% bazar payı ilə Avropa İttifaqı bazarında lider mövqeyini qoruyub. Bundan əlavə, “Galaxy” smartfonlarının istehsalçısı “Apple”ın ənənəvi olaraq üstünlük təşkil etdiyi ABŞ-a tədarükün nəzərəçarpacaq dərəcədə artdığını qeyd edib - 2024-cü ilin yanvar-fevral aylarında “Samsung” bu bazarda payını 20%-dən 36%-ə çatdırıb. Eyni zamanda, "Apple"ın ABŞ-dakı payı 64%-dən 48%-ə qədər azalıb.
"Samsung"dan əvvəl qlobal smartfon bazarında ilk ğmarka "Apple" idi. Şirkət 2023-cü ilin sentyabrında 13 il ərzində ilk dəfə "Samsung"u taxtdan salaraq birinci yeri tutub. İndi Amerika brendi ikinci yerə düşüb - 2024-cü ilin fevral ayının sonuna qədər o 17,41 milyon cihaz tədarük edib və bazarın 18%-ni tutub.
Analitiklər "Samsung"un reabilitasiyasını şirkətin 2024-cü ilin yanvarında təqdim etdiyi "Galaxy S24" seriyalı smartfonlarının uğuru ilə əlaqələndirirlər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay