Mart ayının ən güclü və ucuz smartfonlarının adı açıqlandı
"AnTuTu" etalonunun tərtibatçıları orta büdcəli "Android" smartfonlarının mart ayı performans reytinqini dərc ediblər.
Valyuta.azx xəbər verir ki, reytinqin lideri 1,46 milyon bal nəticə göstərən "Qualcomm Snapdragon 7+ Gen 3" prosessoru ilə təchiz edilmiş "OnePlus Ace 3V" olub. Yeni məhsul "MediaTek Dimensity 8300-Ultra" çipi və "Snapdragon 7+ Gen2" əsasında "Realme GT Neo5 SE" (1,15 milyon) ilə "Redmi K70E"ni (1,39 milyon) qabaqlayır.
İlk onluğa həmçinin "Redmi Note 12 Turbo" (1,14 milyon), "Oppo Reno11" (1 milyon), "iQOO Neo7 SE" (968 min), iQOO Z8 (966 min), "Redmi Note 12T Pro" (891 min), "OnePlus Ace Racing Edition" (883 min) və "Honor 100" (836 min) daxil edilib.
Mart ayının nəticələrinə görə, dünyanın ən güclü "Android" smartfonu ilə orta büdcəli cihaz arasında fərq nəzərə çarpıb. Beləliklə, "Snapdragon 8 Gen 3" çipli oyun "Asus ROG Phone 8 Pro" "AnTuTu" reytinqində 2,13 milyon xal toplayıb, "OnePlus Ace 3V" isə 1,46 milyon nəticəyə malikdir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay