Texno
07.04.2024 / 15:45
Mikroçip ixracatında dünya lideri olan ölkələr açıqlanıb
45337
2023-cü ildə qlobal mikroçip ixracatında liderlər Honqkonq, Tayvan, Sinqapur, Çin və Cənubi Koreya olub.
Valyuta.az xəbər verir ki, bu barədə BMT-nin ticarət platformasının məlumatlarında göstərilib.
Belə ki, 2023-cü ildə Honqkonq bir il ərzində 193,5 milyard dollar dəyərində çip tədarük etməklə əsas çip ixracatçısına çevrilib. Honqkonq on ildir ki, çip ixracında dünya lideri olaraq qalır.
İlk beşliyə 166,6 milyard dollarlıq mal ixrac edən Tayvan, Sinqapur (137,9 milyard dollar), Çin (136,3 milyard dollar) və Cənubi Koreya (86,1 milyard dollar) daxil olub.
Mikroçiplərin idxalında lider Çin olub və il ərzində 350,1 milyard dollarlı çip alıb.
©Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay