"Samsung" öz displeyləri əvəzinə televizorlarda LG ekranlarını quraşdıracaq
"Samsung Electronics" bu il öz televizorlarında istifadə üçün LG WOLED panellərinin alış həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
HİT.az-ın məlumatına görə, "GizmoChina" portalı "Omdia" analitiklərinə istinadən xəbər verir ki, şirkət bu panellərdən 700-dən 800 minə qədər almağı planlaşdırır və bu da keçən ilki 10-20 min ilə müqayisədə əhəmiyyətli artımdır.
"LG Display" bu il təxminən 6 milyon panel istehsal etməyi planlaşdırır, onlardan 4 milyona qədəri öz televizorlarında istifadə ediləcək, qalan hissəsi isə "Sony" və "Samsung" daxil olmaqla, digər istehsalçılar arasında paylanacaq və sonuncular bunların əhəmiyyətli bir hissəsini alacaqlar. "Displey" istehsalı sahəsində lider olan "Samsung Display", öz növbəsində, bu il 1,4 milyon QD-OLED panel istehsal etmək niyyətindədir ki, bunun da 1,1 milyonunu özündə saxlayacaq, qalanını isə "Sony"yə satacaq.
"Samsung"un strateji diqqəti QD-OLED panellərinin istehsalına yönəlib, lakin şirkət WOLED panellərə olan tələbatı ödəmək üçün "LG Display" ilə ortaqlığa əsaslanır. Qeyd olunur ki, bu il "Samsung" 2 milyona yaxın OLED televizor buraxmağı planlaşdırır ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur.
Analitiklər bu il ümumi OLED televizor satışlarının 6,3 milyon ədədə çatacağını proqnozlaşdırırlar. "Samsung" B və C seriyalı televizorlarında LG WOLED panellərindən istifadə etmək niyyətindədir, şirkət isə premium modellər üçün öz QD-OLED panellərindən istifadə etməyə davam edəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay