BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
40850

İnformasiya texnologiyaları üzrə mühəndis Araz Əhmədov xüsusi olaraq valyuta.az üçün yazır…

Hər gün texnoloji yeniliklərin şahidi oluruq ki, bu yeniliklərin çoxu məhz süni intellekt yönümlüdür. Beləliklə, yaxın 10-15 il ərzində texnoloji irəliləyişləri proqnozlaşdırmaq spekulyativ ola bilər, lakin texnoloji innovasiyanın trayektoriyasına əsasən, bir neçə potensial inkişaf gözlənilə bilər ki, məhz yaxın 10 və 15 ildə gözlənilə bilən bəzi texnoloji yenilikləri təqdim edirəm:

* İnsana bənzər süni intellektin (AI) reallaşması kimi böyük texnoloji irəliləyişlər, daha sürətli kompüterlər, insan səs və təsvirinin daha yaxşı tanınması, eləcə də daha ağıllı proqram təminatı "AI"-ni daha inandırıcı etməklə yanaşı, hətta ola bilsin ki, "Turing" sınağından da keçirə bilsin. Bu, o deməkdir ki, süni intellekt insan kimi söhbət etməklə oyunlarda, filmlərdə və s. virtual köməkçi kimi canlı personajları da əvəz etsin;

* Mesajlaşma proqramları (social networks) daha təkmil "AI" funksiyalarını birləşdirə bilər ki, bu zaman onlar söhbətləri daha intuitiv başa düşə, cavab verə, tapşırıqların yerinə yetirilməsinə kömək edə, fərdiləşdirilmiş tövsiyələr təqdim edə bilərlər;

* VR qulaqlıqları (headsets) insanın nə düşündüyünü hiss etməklə beyin-kompüter interfeysi sayəsində hər şeyi yalnız düşünməklə idarə etməyə imkan verə bilər;

* "IBM" və "Google"un 1 milyon kubitlik kvant (quantum) kompüterləri ixtira edəcəyi gözlənilir. Bu böyük ixtira problemlərin həll edilməsini, "machine learning"i təkmilləşdirməyi və təbiətin incəliklərini kiçik miqyasda öyrənməni təşkil edəcəkdir. Bu ixtira süni intellektə, maliyyə modelləşdirməsinə, dərmanların kəşfinə, hava şəraitinin (iqlimin) daha dəqiq proqnozlaşdırılmasına, kibertəhlükəsizliyin daha dərin təmin edilməsinə və s. daha böyük müsbət təsir göstərə bilər;

* İnsanın bədən hissələrini (orqanları) yaratmaq üçün "3D" çapdan (print) istifadə edilməyə başlanıla bilər. Təsəvvür edin ki, qan damarları və toxumaları yaratmaq üçün hüceyrə təbəqələri kiçik dəqiqliklə çap ediləcəkdir. Əvvəlcə daha sadə orqanlar, zaman keçdikcə isə insan bədənindəki bir çox (mürəkkəb) orqanların da çap edilməsi müşahidə oluna bilər;
* "Alzheimer", insult və ya bu tipli xəstəlikləri sağaltmaq üçün süni beyin implantlarından istifadə edilə bilər. Bu implantlar beynin hipokampus kimi kiçik hissələrini köçürərək (copy) və qısamüddətli xatirələri uzunmüddətli yaddaşa çevirəcəkdir. Süni beyin implantları zədələnmiş sahələri əvəz etməklə onların funksiyalarını analiz edəcək və boşluqların olduğu yerlərə siqnalları ötürəcəkdir;

* Kvant (quantum) internetinin ilk versiyası üzə çıxa bilər;

* Texnologiyadakı gündəlik və daimi olan irəliləyişlər 100 milyard neyron da daxil olmaqla bütün insan beyninin ətraflı modellərini yaratmağa imkan verə bilər. Beyni neyron səviyyəsində skan etmək və xəritələşdirmək mümkün olsa da, böyük həcmdə olan məlumatdan onun funksiyalarını tam başa düşmək daha çox vaxt apara bilər. Bu irəliləyiş beyinlə əlaqəli müxtəlif problemlərə yeni həll yolları aça bilər və beyni texnologiya ilə təkmilləşdirmək, beyin-kompüter interfeysləri vasitəsilə virtual obyektləri idarə etmək, insan və texnologiya arasında yaddaşı (memories) ötürmək kimi maraqlı imkanlara qapı aça bilər;

* Gələcəkdə, "6G"nin "5G"ni əvəzləməsi, internet sürətini 100 dəfəyə qədər artıraraq saniyədə 1 terabayta çatacağını müşahidə edə bilərik. Bu sadəcə bir saniyəyə 142 saat “Netflix” filmlərini əldə etmək kimi super sürətli yükləmələr deməkdir. Beləliklə, qeyd etmək vacibdir ki, bu proqnozlar spekulyativdir və texnoloji irəliləyişlər sosial dəyişikliklər də daxil olmaqla müxtəlif amillərə tabedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Faiz dərəcələri aşağı salındı – Hansı sahədə qiymətlər ucuzlaşacaq?

Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib - CƏDVƏL

Azərbaycanda 220 min manata beton zavodu satılır (FOTO)

2024-cü il barama mövsümünə start verilib

Ramin Məmmədovun deputat mandatına xitam verildi

Nazirlik milyon yarımlıq dərslik buraxacaq

Sabiq nazir yenidən rektor təyin edildi

Sabiq nazir yenidən rektor təyin edildi

II Dünya müharibəsi iştirakçıları və ailələrinə birdəfəlik yardım veriləcək (SƏRƏNCAM)

Ölkədə dollara tələb azaldı – Son rəqəmlər

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Britaniya 2025-ci ildə G7-nin ən zəif iqtisadiyyatına çevriləcək

Aşağı büdcə ilə səyahət edə biləcəyiniz 10 Avropa şəhəri

Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək

Bazar günü imtahan olacaq

“Baku Steel Company” şirkətində yeni təyinat

Bəzi təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin