"Google"da yeni ixtisar dalğası başladı
"Google"da yeni ixtisar dalğası başlayıb.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət daha bir neçə yüz mütəxəssisi ixtisar edəcək.
İşçilərin optimallaşdırılmasına daxil olan işçilərin əksəriyyəti "Google Assistant" səsli köməkçisində çalışıb. Əlavə edilmiş reallıq avadanlığının tərtibatçıları və şirkətin mərkəzi bölməsinin mühəndisləri də ixtisara düşüblər.
"2023-cü ilin ikinci yarısı ərzində bir sıra komandalarımız daha səmərəli olmaq və resurslarını əsas məhsul prioritetləri ilə uyğunlaşdırmaq üçün əməliyyat dəyişiklikləri etdi. Bəziləri bu tip təşkilati dəyişiklikləri etməyə davam edir", deyə "Google" açıqlama verib.
"Google"un əsas axtarış biznesi "Microsoft" və "OpenAI"nin rəqib süni intellekt təkliflərinin təzyiqi altındadır. Bununla əlaqədar olaraq, İT nəhənginin rəhbərliyi daha yüksək prioritet sahələrə investisiya üçün resursları boşaltmaq üçün heyətin bir hissəsi ilə vidalaşmaq qərarına gəlib.
2023-cü ilin yanvarında "Google Alphabet" 12.000 işçisini və ya qlobal işçi qüvvəsinin 6%-dən çoxunu ixtisar etməyi planlaşdırdığını açıqlayıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay