"Google"un başı dərddə: Yalanlarına görə müştərilərə milyardlar ödəyəcək
"Google" 5 milyard dollarlıq müştəri iddiasını həll etməyə razılaşıb. Texnologiya nəhəngi "Chrome" brauzerində anonim baxış rejimində istifadəçiləri izlədiyinə görə məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, 2020-ci ildə "Google"a qarşı məhkəmə iddiası qaldırılıb, bu məhkəmədə şirkət "Chrome" istifadəçilərinin hətta anonim baxış rejimindən istifadə etdikləri hallarda belə onların fəaliyyətini izləməkdə günahlandırılıb. Şikayətdə deyilir ki, "Google" insanları aldadıb, onlara hansı məlumatı paylaşdıqlarına nəzarət edə biləcəkləri təəssüratı yaradıb.
"Google" iddianı rədd etməyə çalışsa da, cəhdlər boşa çıxıb. İndi, "Reuters" və "The Washington Post"a görə, "Google" buna razılaşıb. Münaqişənin təfərrüatları hələlik açıqlanmayıb. Təkliflər 2024-cü ilin fevralında məhkəmədə elan edilməlidir.
"Google"un reklam satmaq üçün gizli istifadəçilərin məlumatlarını izləməklə Kaliforniyanın federal telefon dinləmə və məxfilik qanunlarını pozduğunu iddia edilir. İddiaçıların dediyinə görə, bu, "Google" rəhbərlərinin elektron məktubları ilə təsdiqlənib.
Şirkət pozuntuları rədd edib və məlumatın istifadəçilərin daxil olduğu saytlar tərəfindən toplanaraq "Google"a ötürüldüyünü, "Chrome" isə brauzerin özündə və cihazda məlumat saxlamadan veb səhifələrə daxil olmağa imkan verdiyini iddia edib.
"NV Techno"nun yazdığı kimi, sayı milyonlarla olan iddiaçılar təsirə məruz qalan hər bir istifadəçi üçün 5,000 dollara qədər təzminat istəyirlər. Kompensasiyanın son məbləğinin nə qədər olacağı hələlik məlum deyil.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay