Ukrayna Polşadan daha 5 min "Starlink" terminalı aldı
Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov öz "Telegram" kanalında bildirib ki, Kiyev cəbhəyanı ərazilər və mühüm infrastruktur obyektləri üçün daha 5 min "Starlink" peyk rabitə terminalı alıb.
Valyuta.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
"Ukrayna Polşadan daha 5 min "Starlink" aldı", deyə Federov bildirib.
Nazirin sözlərinə görə, terminallar cəbhəyanı ərazilərdə, eləcə də mühüm infrastruktur obyektləri ilə fasiləsiz əlaqəni təmin etmək məqsədi daşıyır. O qeyd edib ki, hazırda Ukraynada 47 minə yaxın "Starlink" terminalı fəaliyyət göstərir, onlardan 19,5 mini Polşaya ötürülüb.
Bundan əvvəl məlum olub ki, Ukraynada "Starlink"ə alternativ tapmaq istəyirlər, lakin hələlik İlon Maskın şirkətinin xidmətlərindən imtina edə bilmirlər. Güman edilir ki, onun sisteminin sıradan çıxarılması Ukrayna ordusunun müdafiə qabiliyyətinin iflasa uğramasına səbəb ola bilər.
Həmçinin bildirilib ki, Kiyev vilayətində onlar "Starlink" terminallarından istifadə etməklə alternativ rabitə qurmağa çalışırlar.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay