BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
24232

“Çoxsaylı VPN-lər var, bunların arxasıyca qaçmaq, bunları izləmək özü də müxtəlif resusrlar tələb edir. Ona görə də bu, problemli işdir. Burada daha çox maarifçilik istiqamətində işlər aparmaq daha doğru olar”.

İndex.az xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
O açıqlamasında VPN-lərin də bloklanması ilə bağlı məsələlərə münasibət bildirib.

Osman Gündüz qeyd edib ki, VPN-ləri bloklamaq böyük resurslar tələb edir: “VPN-in ziyanları, VPN-də olan risklər, istifadəçi üçün yaratdığı təhlükələr və s. bununla bağlı işlərin aparılması daha məqsədəuyğun olar. Çünki 100 minlərlə VPN var, onların içərisində elələri var ki, daha təhlükəlidir. Məsələn, erməni şirkətləri tərəfindən hazırlanan VPN-lər var, orada risklər daha çoxdur. Amma texniki cəhətdən VPN-ləri də bloklamaq mümkündür, amma onları izləmək, monitorinqini aparmaq və s. kimi işlər çox böyük resurslar tələb edir. Düşünürəm ki, bu da effektiv olmaz. Yəni maarifçilik yönümlü işlərin aparılması daha doğru olar”.

Osman Gündüz həmçinin bildirib ki, VPN-lər şəxsi məlumatlar cəhətdən təhlükəlidir: “VPN ortada bir aralıq mərhələdir. Yəni ortada bir şirkət var, siz internetdə harasa müraciət edirsinizsə, o müraciət birbaşa getmir, hansısa şirkətin yardımı ilə gedir. O yardımı götürən şirkət VPN-dir. Sizi o yönləndirir. Orada da artıq risklər var. Məsələn, o ötürə bilər ki, bu istifadəçi hər gün bununla maraqlanır, maili budur, ünvanı budur. Yəni sizin bütün fəaliyyətiniz onda var. İndi bilmək olarmı ki, o sizin fəaliyyətiniz haqqında məlumatı başqa tərəfə verir, yoxsa yox? Adətən VPN-lərin 99, 100 faizi deyir ki, biz vermirik. Amma kim inana bilər ona. Əgər burada belə məcburiyyət varsa, daha oturuşmuş daha tanınmış və pullu xidmət göstərən VPN-lərdən istifadə etmək daha az risk yaradır. Elə VPN-lər var ki, ödənişlidir və onlar digərlərindən daha dayanıqlı, təhlükəsiz hesab oluna bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyada ən çox maaş alan miqrantlar

Sosial yardımı hansı müddətə ala bilərsiniz? - CAVAB

"Palantir" 2025-ci ilin ən yaxşı süni intellekt (AI) səhmi ola bilərmi?

Türkiyədən geyim alışında 15 milyon dollardan çox azalma

Ticarətin qaydaları - Qanun nə deyir?

Sələmi xatırladan kreditlərə son - "Kredit sisteminə nizam-intizam gələcək"

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Dünyanın ən populyar 5 kitabı

11 ayda dərmana 1,1 milyard manat xərclənib

Farş adı ilə hansı növ ətləri yeyirik? - Adı ət olsa da...

İran pulunu dəyişir

Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb

"Allah canınızı sağ eləsin. Mənə suallar verməyin" - Zaur Hüseynov

Azərbaycanda cəzaçəkmə müəssisələrində ali təhsil veriləcək

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

Baffetdən fürsət alımları: 3 gündə 3 şirkətin 560 milyonluq səhmini aldı

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

XRP 2025-ci ildə tarix yazacaq - Bitstamp

Bu rayona yeni polis rəisi təyin olundu

"Honda" və "Nissan" avtomobillərin qarşılıqlı istehsalını nəzərdən keçirir

"Honda" və "Nissan" avtomobillərin qarşılıqlı istehsalını nəzərdən keçirir

Dövlət Gömrük Komitəsinin 32 vakant vəzifəsinə 628 nəfər müraciət edib

“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edilib

Nazirlikdə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Azərbaycan Rusiya ilə “Şimal-Cənub”la tranzit yükdaşımalarına dair saziş imzalayıb

Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?

Şahin Bağırov polkovnikə yeni vəzifə verdi

"iPhone 17 Pro" böyük yeniliklərlə gəlir: əsas xüsusiyyətlər - FOTO

"iPhone 17 Pro" böyük yeniliklərlə gəlir: əsas xüsusiyyətlər - FOTO

Azərbaycana qış gəldi

COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin