BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
23871

Ekspertlər deyirlər ki, optik kabellər və telefon xətti ilə verilən internet müqayisə oluna bilməz. Optik internet həm endirmə, həm yükləmə sürətinə görə daha əlverişlidir. Keyfiyyət artdıqda isə qiymətlərin də artması təbiidir. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom” və "Bakı Telefon Rabitəsi” ("Baktelecom”) MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində 4 Mb/s və 10 Mb/s tariflərini ləğv edərək, uyğun olaraq 15 Mb/s və 30 Mb/s paketinə keçiblər. Nəticədə, əvvəl 4 Mb/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 Mb/s tarifinin ödənişi 15 manata kimi artıb. Digər 10 Mb/s internet tarifi  30 Mb/s qədər artdığından qiymət də 12,5 manatdan 18 manata kimi artıb.

Qurumlar sürətin artdığını iddia etsə də, insanlar narazıdır. Onların fikrincə, sürətdə heç bir artım yoxdur. Bəs reallıqda necədir? İnternetin sürəti artırılıb deyə qiymətlər bahalaşıb?

Optik internetə keçmək lazımdır

İnformasiya texnologiyaları üzrə ekspert Fərrux Rəcəbli “Kaspi”yə açıqlamasında dedi ki, optik internet daha güclüdür: “4 və 10 mb olan internet köhnə standartdır. Daha çox ev müştərilərinin istifadə etdiyi, telefon rabitə xətləri üzərindən verilən internetdir. Azərbaycanda köhnə internet standartı asimmetrik olaraq çalışırdı. Yəni endirmə və yükləmə sürətləri heç vaxt eyni olmurdu. “Aztelecom” və “Baktelecom” son illərdə ölkə, daha çox paytaxt ərazisində, demək olar ki, bütün mənzilləri optik internet- GPON texnologiyası ilə təmin etdilər. Optik kabellər və telefon xətti ilə verilən internet müqayisə oluna bilməz. Optik internetin həm endirmə, həm yükləmə tərəfləri daha əlverişlidir”. 

İnternetin qiyməti elə də baha deyil 

Ekspertin fikrincə, internetin qiyməti elə də baha deyil: “İnternet sürəti qalxacaqsa, qiymət də avtomatik olaraq qalxmalıdır. Böyük bir qiymət artımı müşahidə olunmur. Provayderlərin qiymətlərinə nəzər saldıqda görürük ki, standart qiymətlərdir. Sadəcə, internet texnologiyası, standartlar dəyişir, optik internetə keçirik deyə, qiymətlər də avtomatik olaraq qalxır. Telefonla verilən internetin qiymətinin provayderlərin qiymətlərindən aşağı olduğunu düşünürəm”.

Köhnə standart ilə yenisi arasında 5 dəfə sürət fərqi var 

F.Rəcəbli bildirdi ki, köhnə standart ilə yenisi arasında 5 dəfə sürət fərqi var: “Düzdür, istifadəçilər deyirlər ki, keyfiyyətdə heç bir dəyişiklik yoxdur. Lakin bu, doğru yanaşma deyil. Çünki internetlə təmin olunmuş istənilən mənzilə yaxınlaşıb internetin sürətini test etsəniz, keyfiyyəti görəcəksiniz. Heç bir halda ola bilməz ki, əvvəlki ilə yeni internet standartı arasında minimum 5 dəfə fərq olmasın”.    

Yüksək sürəti yalnız optik internet verə bilir 

İT mütəxəssisi qeyd etdi ki, internetin sürətinin qaldırılmasına ehtiyac var idi: “Artıq yüksək sürətli internetdən istifadə etmək lazımdır. Ev əşyalarımızın bir çoxunun internetə çıxışı var. Smart tv və digər ev əşyaları işlədirik. Yüksək sürəti də yalnız optik internet verə bilir. Gələcəkdə hətta bundan qat-qat üstün internet sürətinə ehtiyac olacaq”.

Provayderlər çalışacaqlar ki, yüksək artımlar olmasın 

F.Rəcəblinin sözlərinə görə, gələcəkdə internetin sürəti artırılarsa, qiymətlər də bahalaşmalıdır: “Bu gün evlərə verilən internetin sürəti 15-20 mb-dən başlayırsa, ola bilər 5-10 il sonra 100 mb-dən başlayıb gb və tb-lərə qədər qalxa bilər. Əlbəttə, bu zaman internet xidmətinin ödənişi də qalxacaq. Bu da normaldır. Lakin düşünürəm ki, provayderlər ev istifadəçilərinin internetə ödəyə biləcəkləri büdcələri artıq bilirlər. Buna görə də internet sürətində dəyişiklik olsa da, çalışacaqlar ki, ödənişlərdə yüksək artımlar olmasın”.  

İnternetin sürətinin artırılması üçün kabellər dəyişməlidir 

İT mütəxəssisi Emin Qasımovun fikrincə isə, internetin sürətinin artırılması üçün kabellər dəyişməlidir: “Sadə telefon kabeli - ADS xətti ilə maksimum 7.5 - 8 mb/s sürət vermək olur. Əgər fiberoptik kabellər çəkilməyibsə, sürət 7,5-8 mb keçə bilməz. Çünki sadə telefon kabeli bunu dəstəkləyə bilmir. İnternetin sürətini hələ test etmək imkanım olmayıb. Amma inanmıram ki, adi telefon kabeli ilə 6 mb/s çox sürət verə bilsinlər. İnternetin sürətinin artırılması üçün ölkə üzrə kabellər yenilənməlidir. Deyirlər ki, sürət artırsa, qiymət qalxır, xeyr, belə deyil. Yaxın xarici ölkələrdə provayderlər sürəti hər dəfə qaldırırlar, lakin çox az hallarda qiymətdə dəyişiklik olur”.

İnsanların əsəb keçirməmələri üçün...

E.Qasımov bildirdi ki, faylların həcmi artdığına görə internetin sürətinin daha da artımına ehtiyac var: “Sürətin artımı çox gözəldir. Hamı evdə, işdə internetdən istifadə edərək videolara baxmaq, proqramlar yükləmək istəyir. İnsanların boşuna əsəb keçirməmələri üçün internet sürətinin yüksək olması yaxşıdır. Düşünürəm ki, sürətin daha da artmağı şərtdir. Çünki 5 il əvvəl ilə müqayisədə faylların həcmi böyüyüb. Əgər əvvəl bir video 20 mb idisə, indi 500-900 mb-dir. Həcmin böyüməsi videoların keyfiyyətinin artması ilə bağlıdır. Keyfiyyət artırsa, faylların həcmi də artır. Bu, yalnız video yox, bütün fayllara aiddir”.

Mütəxəssisin sözlərinə görə, telefon xətti ilə internetdənsə provayderlərə qoşulmaq daha yaxşıdır: “Məsləhət görərdim ki, insanlar evlərinə fiberoptik internet çəksinlər. Bu, daha ucuzdur. Bizdə yetərincə provayderlər var və onlar 40-60 mb-i fiberoptik kabellə daha ucuz və keyfiyyətli sürətlə verirlər”.  

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyada ən çox maaş alan miqrantlar

Sosial yardımı hansı müddətə ala bilərsiniz? - CAVAB

"Palantir" 2025-ci ilin ən yaxşı süni intellekt (AI) səhmi ola bilərmi?

Türkiyədən geyim alışında 15 milyon dollardan çox azalma

Ticarətin qaydaları - Qanun nə deyir?

Sələmi xatırladan kreditlərə son - "Kredit sisteminə nizam-intizam gələcək"

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Dünyanın ən populyar 5 kitabı

11 ayda dərmana 1,1 milyard manat xərclənib

Farş adı ilə hansı növ ətləri yeyirik? - Adı ət olsa da...

İran pulunu dəyişir

Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb

"Allah canınızı sağ eləsin. Mənə suallar verməyin" - Zaur Hüseynov

Azərbaycanda cəzaçəkmə müəssisələrində ali təhsil veriləcək

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

Baffetdən fürsət alımları: 3 gündə 3 şirkətin 560 milyonluq səhmini aldı

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

XRP 2025-ci ildə tarix yazacaq - Bitstamp

Bu rayona yeni polis rəisi təyin olundu

"Honda" və "Nissan" avtomobillərin qarşılıqlı istehsalını nəzərdən keçirir

"Honda" və "Nissan" avtomobillərin qarşılıqlı istehsalını nəzərdən keçirir

Dövlət Gömrük Komitəsinin 32 vakant vəzifəsinə 628 nəfər müraciət edib

“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edilib

Nazirlikdə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Azərbaycan Rusiya ilə “Şimal-Cənub”la tranzit yükdaşımalarına dair saziş imzalayıb

Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?

Şahin Bağırov polkovnikə yeni vəzifə verdi

"iPhone 17 Pro" böyük yeniliklərlə gəlir: əsas xüsusiyyətlər - FOTO

"iPhone 17 Pro" böyük yeniliklərlə gəlir: əsas xüsusiyyətlər - FOTO

Azərbaycana qış gəldi

COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin