BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
9587

Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində fəaliyyət göstərən Xızı Suvarma Sistemləri İdarəsi toplam dəyəri 299 312.77 AZN olan iki satınalma müqaviləsi imzalayıb.

Valyuta.Az hit.az-a istinadla xəbər verir ki, müqavilələrdən biri "Körpü-Bina Construction” MMC, digəri isə fərdi sahibkar Fərzəliyev Sabir Təvəl oğlu ilə bağlanıb. "Körpü-Bina Construction” MMC ilə imzalanan və maliyyə dəyəri 249707.93 AZN  təşkil edən müavilədə cari təmir işləri üçün mal-materialın, Sabir Fərzəliyevlə bağlanan 49604.84 AZN-lik müqavilədə isə nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Körpü-Bina Construction” MMC 23 sentyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Beyləqan rayonu Eyvazallar kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Nəsirli Tural Vasif oğludur.

Açıq mənbələrdə nə şirkət, nə də onun qanuni təmsilçisi barədə məlumat var.

Araşdırmalarımız zamanı o da bəlli olub ki, “Körpü-Bina Construction” MMC ilə eyni ünvanda daha bir şirkət yerləşir. Bu, “AKB Construction” MMC-dir. Şirkət 5 avqust 2020-ci ilə tarixdə qeydə alınıb. Nizamnamə kapitalı 4 AZN-dir.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin, onun tabeliyində olan qurumların keçirdiyi satınalma müsabiqələrində adətən bu tip şirkətlər qalib gəlir. Bu da tenderlərin şəffaf, qanunamüvafiq şəkildə keçirilmədiyi barədə şübhələri artırır.

Onu da qeyd edək ki, ASC sədri Əhməd Əhmədzadə oliqarx məmurlardan hesab edilir. Yaxın ətrafı onu “Baron” adlandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin