BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
9162

Tovuz rayon Suvarma Sistemləri İdarəsinin bu gun keçirdiyi satınalma müsabiqələrindən birini böyük məbləğdə vergi borcu olan  “Art-Proje” MMC qazanıb.

Valyuta.Az xəbər verir ki, məbləği 61 min 453 manat 34 manat olan tender LOT_7_Nasos aqreqatlarının ehtiyyat hissələri və elektrik avadanlıqlarının satın alınması ilə bağlı olub. 

Qeyd edək ki, 3 gün əvvəl Şəki Subartezian Quyularının İstismarı İdarəsinin keçirdiyi cari təmiri üçün nasos aqreqatlarının və elektrik avadanlıqlarının ehtiyat hissələrinin satınalınması müsabiqəsinin qalibi də “Art-Proje” MMC olmuşdu. Həmin tenderin məbləği 208 min 674 manat təşkil edirdi. Valyuta.Az-ın  araşdırmaları zamanı məlum olmuşdu ki, şirkətin martın 12-inə olan vergi borcu 655 min 774 manat 8 qəpik təşkil edib. Bu günə isə şirkətin vergi borcu  436 min 647 manat 55 qəpikdir. Göründüyü kimi, şirkət son 3 gündə vergi borcunu 219 min 126 manat 53 qəpik azalda bilib. 

Bu isə o deməkdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarəsi satınalmalar haqqında mövcud qanunvericiliyi son 3 gündə 2 dəfə kobud şəkildə pozub. Qanuna görə, məcburi öhdəlikləri yerinə yetirməyən şirkətlər tenderlərdə iştirak edə bilməz. 

Xatırladaq ki, “Art-Proje” MMC Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumdan ən çox tender udan şirkətlərdən biridir. Məsələn, 2010-2017-ci illər arasında keçirilən 51 satınalmanı "Art-Proje" qazanıb. Bunların ümumi məbləği 18 milyon 232 min 507 manat 96 qəpik olub. Maraqlıdır ki, 51 satınalmanın 36-sını Əhməd Əhmədzadənin tabeliyində olan qurumlar keçirib. 

27.06.2019 tarixindən indiyə kimi şirkətlə 16 satınalma müqaviləsi bağlanılıb ki, onlardan 10-nu Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan qurumlar keçirib.

Mediada yayılan məlumatlara görə, Əkram Əliyevin “Hidro-M” MMC adlı daha bir şirkəti var. Həmin şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 15, ev 3/6, mənzil 34-dur. Hazırda reyestr sənədlərində sözugedən şirkətin qanuni təmsilçisi Valeh Xələfov İsa oğludur. Şirkətin qeydiyyat sənədlərinə son dəfə 26.02.2019  tarixində dəyişiklik edilib. 

2003-cü ildə yaradılan “Hidro-M” MMC də son 10 ildə dövlət satınalmalarını ən çox qazanan şirkətlərdən biri olub ki, əksər satınalmaları da  Meliorasiya və Su Təsərrüfatı ASC keçirib…
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin