Gəmi, kater, maşınlar satışa çıxarıldı – 2500 manatdan başlayan qiymətlər
Əmlak Məsələləri Dövlət Xidməti aprelin 13-də keçiriləcək növbəti hərrac barədə elan verib.
Valyuta.az xəbər verir ki, həmin gün daşınmaz əmlaklarla yanaşı dövlət qurumlarına məxsus olan maşınlar və gəmi hərraca çıxarılacaq. Onlardan ən ucuzunun ilkin satış qiyməti 2500 manatdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin balansında olan “QAZ-3110-101” markalı maşın 2003-cü ildə istehsal edilib. Komitəyə məxsus “Chevrolet Niva GLC” (2008) isə 5000 manata satılır.
Təhsil Nazirliyinin balansında olan “Nissan”ların ilkin satış qiyməti 5000-6000 manat arasında dəyişir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə gəmi və katerini hərraca çıxarıb. 1986-cı ilə aid olan RK “Nauçnıy” gəmisi 40 000 manata satılır. “Elsevər Hüseynov” köməkçi katerinin start qiyməti isə 10 000 manat müəyyən edilib.
Xatırladaq ki, qaydalara əsasən, hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər öncədən maşınların və gəminin ilkin satış qiymətinin 10 faizi məbləğində beh ödəməlidirlər. Daha ətraflı buradan öyrənə bilərsiz.
Zeynəb Vəkil
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay