Tenderlər
15.03.2021 / 17:55
Göygöl I yatağından istifadə üzrə açıq hərrac keçirilir
9152
ETSN yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Göygöl I yatağının ərazisində yer təki sahələrinin istifadəyə verilməsi üzrə açıq hərrac keçirir.
Trend-in məlumatına görə, iddiaçılar Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
İddiaçılar hərracda iştirak etmək üçün tələb olunan sənədləri 09 aprel 2021-ci il saat 16:00 qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər. Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Agentliyə “İnzibati icraat haqqında” qanunun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay