Dövlət Sosial Müdafiə Fondu tender elan edir
Tender aidiyyəti işlər üzrə məsləhət xidmətlərinin satın alınması məqsədi ilə həyata keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) aparat və struktur bölmələr üçün 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması və aidiyyəti işlər üzrə məsləhət xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 400 manatdır.
İddiaçılar ilkin sənədləri aprelin 8-i, saat 14:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 16-sı, saat 14:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitə ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi aprelin 19-da, saat 14:00-da Portalda açıqlanacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay