"Aztelekom"un 635 minlik tenderi LƏĞV EDİLDİ - Antiinhisar xidməti
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Aztelekom” MMC –nin keçirdiyi 635 min 312 manatlıq tenderin nəticəsini ləğv edib.
Valyuta.Az xəbər verir ki, “Aztelekom” MMC tərəfindən 01.12.20-ci il tarixində Vahid satınalma portalında “80 dəst AC-380V / DC 48V Elektrik qida qurğularının” satınalınması məqsədilə elan olunmuş açıq tender (e.tender) proseduru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin AİBNDX-15/01-5/290P saylı məktubuna əsasən ləğv olunub.
Qeyd edək ki, sözügedən tenderin qalibi son 2 ildə 8 satınalmanı qazanan "SUPPLY-A" MMC olmuşdu.
Şirkət 2015-ci ilin mart ayının 18-də yaradılıb, hüquqi ünvanı Şamaxı rayonu Şəhriyar qəs., ev 7/10, m. 1, nizamnamə kapitalı isə 10 manatdır. Qanuni təmsilçisi isə İlqar Novruzovdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay