BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8866
  • 1 Rusiya rublu
    0.0189
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2363
8703

Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi elektrik mallarının alınması üçün “İnterkabel” şirkətinə 295 561.63 AZN ödəyəcək.

“İnterkabel” şirkəti Xidmət Sahəsinin bununla bağlı elan etdiyi tenderin qalibi olub.

Araşdırmalar zamanı aydın olur ki, Sumqayıt küçələrinin işıqlandırılması ilə bağlı vaxtaşırı tender elan edilir. Hələ şəhərin keçmiş icra başçısı Eldar Əzizovun dövründə bu işə milyonlarla vəsait xərclənib. Özü də tenderlərin əksəriyyətinin qalibi “İnterkabel” şirkəti olub. 

Sumqayıtın indiki icra başçısı Zakir Fərəcov da sələfinin ənənəsini davam etdirir. Təkcə 2019-2020-ci illərdə Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi “İnterkabel” şirkətindən 1 125 979 AZN dəyərində elektrik malları alıb. Bundan əlavə, qurum 17 noyabr 2020-ci il tarixdə  “Web-Servis” firması ilə 70 min, 21 may 2020-ci il tarixdə “Reliable Oil Services” MMC ilə 297 513.4 AZN-lik müqavilə imzalayıb. 

Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsinin rəisi Əhməd Məmmədovdur. O, Sumqayıtın keçmiş icra başçısı mərhum Təvəkkül Məmmədovun yaxın qohumudur. Xidmət Sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə tabedir. Bu qurumun rəhbəri isə Hüseyn Həsənovdur. Məlumatlara görə, Hüseyn Həsənov Zakir Fərəcovun bacısı oğludur. İddia olunur ki, Xidmət Sahəsinin tenderlərinin arxasında məhz bu şəxs dayanır

“İnterkabel” firmasına gəlincə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə şirkət 16 sentyabr 1997-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşən “İnterkabel”in qanuni təmsilçisi Molanov Yasin Xanoğlan oğludur.

“İnterkabel” firması iri dövlət şirkətlərinin də sifarişlərini yerinə yetirir. Məsələn, ötən il Bakı Metropoliteni QSC “İnterkabel” firması ilə 1.2 milyon , “Azərsu” ASC 2.3 milyon, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi isə 2,99 milyon manatlıq müqavilə imzalayıb. //Hit.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Karbon qazından ekoloji cəhətdən təmiz yanacaq əldə etmək olacaq

"Cahan-Sənaye Kompleksi" cərimələnir

"Apple "iPhone 16"ya olan tələbdən narazıdır: İlk həftədə nə qədər sifariş olub?

"Telemexanika Zavodu" hansı qaydanı pozub?

Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

Meriya 159 min manatlıq dibçək alır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,3%-ə çatdı

"SET Medical"la ATU-nun klinikası arasında nə baş verib?

"Yar İnşaat Təmir-Tikinti" 25 000 manat cərimələnə bilər

Süni intellektin inkişafı dünyada mis çatışmazlığına səbəb ola bilər

"Varidat Group"a ağır ittiham - Külli miqdarda cərimə oluna bilər

Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı

Avropada daşqınlar normaya çevrilə bilər - IFRC

"Sədərək" Firması ilə "Clarus" şirkəti arasında icarə qalmaqalı

Xarici ölkələrə çayı neçəyə satırıq? - Gəlirlərimiz artıb

"Volkswagen" 15 min nəfəri ixtisar edəcək

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Tələbə krediti almaq üçün müraciətlərin statistikası AÇIQLANDI

"Formul 1"ə görə bağlanan yollar açıldı

Azərbaycan bu un məmulatları ixrac edəcək

Ən zəngin çinli kimdir?

Bu ölkədə minimum əməkhaqqı 119 manat artırıla bilər

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Fiziki şəxslər bu əşyaları ölkə ərazisinə keçirə bilməz (SİYAHI)

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi (FOTO)

Rabitəbankdan nağd pul krediti üzrə qızıl kimi “Payız kampaniyası”®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin