Bu xəstəxanada hər gün 1400 manatlıq yemək yeyilir – 426 minlik müqavilə
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası “Tais İKF” MMC ilə satınalma müqaviləsi bağlayıb.
Bağlanan müqaviləyə görə MMC xəstəxananı hazır yeməklə təmin edəcək. Xidmət 2021-ci ilin martın 5-dən dekabrın 31-dək davam edəcək. Bu xidmətin qarşılığı olaraq xəstəxana MMC-yə 426 min 570 manat pul ödəyəcək.
Gün hesabına baxsaq, MMC xəstəxanaya düz 301 gün hazır yemək təqdim edəcək. 426 min 570 manatı 301 günə böldükdə isə 1421 manat 90 qəpik edir. Belə anlaşılır ki, Azərbaycanın ən kiçik şəhərlərindən biri olan Mingəçevir şəhərinin Mərkəzi xəstəxanasında hər gün 1421 manat 90 qəpiklik yemək istehlak olunacaq.
Satınalma açıq tender vasitəsi ilə həyata keçirilib. Tender elanında bildirilir ki, 1 (bir) il ərzində həftənin 7 (yeddi) günü, sutkada 3 dəfə olmaqla əvvəlcədən sifarişçi tərfindən bildiriləcək xəstə sayına uyğun olaraq (ümumilikdə 2021-ci il üçün 60250 nəfər xəstə sayının olması ehtimal edilir) yemək ilə təmin edilməsi nəzərdə tutulur. Şərtdə bir il nəzərdə tutulsa da, elektron satınalma portalında xidmətin yuxarıda qeyd etdiyimiz kimi, mart-dekabr aralığı qeyd olunur.
Tenderi qazanan “Tais İKF” MMC ilə bağlı axtarış portallarında şirkətin xəstəxanaları yeməklə təmin etməsi ilə bağlı xeyli məlumatlara rast gəlinir. Amma şirkət rəhbərliyi haqda hər hansı məlumat mövcud deyil.
//Konkret.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay