Nazirliyin 19 milyonluq müqavilə bağladığı şirkətin sahibi kimdir?
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Tikinti-Təchizat Birliyi" MMC "Caspel" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Valyuta.Az-ın məlumatına görə, şirkət "Milli Məkan Məlumatları İnformasiya Sistemi"nin yaradılması və əlaqədar təlim xidmətlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi olub.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 19 842 880 manatdır.
"Caspel" MMC 2005-ci ildə təsis edilib. 2023-cü ilə qədər şirkətə rəhbərliyi iş adamı Namiq Məmmədov edib. O, eyni zamanda şirkətin ilk qanuni təmsilçisi olub.
Namiq Məmmədovdan sonra isə şirkəti Quliyev Ceyhun Məhi oğlu təmsil edib. Ceyhun Quliyev keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır.
Namiq Quliyev Fazil Məmmədovun nazir olduğu dövrdə Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentinin birinci müavini vəzifəsində işləyib.
Bəzi iddialara görə, şirkət əslində Fazil Məmmədova məxsusdur.
2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri vəzifəsində çalışçan Fazil Məmmədov 2022-ci ildə böyrək çatışmazlığından vəfat edib.
© Qaynarinfo
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay