Tenderlər
18.12.2024 / 12:02
DSX-dan 1,5 milyon manatlıq 7 yeni tender elanı - Cədvəl
61640
Dövlət Sərhəd Xidməti 7 yeni tender elan edib.
Valyuta.az xəbər verir ki, tender avtomobillər üçün boya və boya ləvazimatlarının, akkumulyator batareyasının, camaşırxana avadanlıqlarının əsaslı təmiri xidmətinin, pərdələrin, printerlərin katriclərinin alınması, ehtiyat hissələrinin dəyişdirilməsi və doldurulmasının satın alınması, nəqliyyat vasitələri (minik, yük, xüsusi) və zirehli texnikalar üçün süzgəclərin satin alınması və elektrikötürücü qurğuların satin alınması ilə bağlıdır.
Tenderlərin ümumi ilkin ehtimal olunan qiyməti 1 milyon 470 min 570 manatdır.
Təkliflərin son təqdim olunma tarixi gələn il 27 yanvardır.
DSX-nın elan etdiyi tenderlər ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
DSX tərəfindən Elan olunmuş tenderlər | Ehtimal olunan ilkin qiymət (manatla) |
Avtomobillər üçün boya və boya ləvazimatları |
120.507 |
Akkumulyator batareyası | 420.531 |
Camaşırxana avadanlıqlarının əsaslı təmiri | 80.823 |
Pərdə | 149.152 |
Printerlərin katriclərinin alınması, ehtiyat hissələrinin dəyişdirilməsi və doldurulması | 217.551 |
Nəqliyyat vasitələri (minik, yük, xüsusi) və zirehli texnikalar üçün süzgəclər | 377,741 |
Elektrikötürücü qurğular | 104.265, |
Cəmi | 1.470.570 |
Valyuta.az |
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay