BAKU Azərbaycan
1.03°C
  • USD
    1.7
  • EUR
    1.7647
  • RUB
    1.7571
  • TRY
    0.0472
  • GBP
    2.1127
61636

Səyahət etmək həm ruhu dincəldən, həm də yeni təcrübələr qazandıran bir fəaliyyətdir. Lakin ilk dəfə səyahət edənlər üçün bu proses bir qədər çətin ola bilər. Yəni planlaşdırma zamanı edilən kiçik səhvlər səyahət xərclərinin artmasına və narahatlıqlara səbəb ola bilər. Səyahəti rahat və qənaətli etmək üçün nələrə diqqət etmək lazımdır?

Bloger, turizm eksperti Azər İsmayıl Valyuta.az-a açıqlamasında bildirdi ki, ilk dəfə səyahət edənlərin xərclərinin çox olması onların təcrübəsizliyi ilə əlaqəlidir: “Çünki ilk dəfə səyahət edən şəxs büdcəsini düzgün planlaşdıra bilmir. Məsələn, otel və nəqliyyat təcrübəsi kifayət qədər olmadığı üçün şəhər daxilində ictimai nəqliyyatdan istifadə etmək əvəzinə taksiyə üstünlük verir. Eyni zamanda, hava limanından şəhərə getmək üçün də taksi seçir. Bundan əlavə, ucuz olsun deyə şəhər mərkəzindən uzaq bir otel seçir, lakin hər gün şəhərə gəlib-getmək üçün sərf etdiyi nəqliyyat xərcləri daha çox olur. Digər bir səbəb isə, hoteldə qalmaqla bağlı müəyyən stereotiplərinin olmasıdır. Gənc bir şəxs hosteldə qalmaq əvəzinə otel seçirsə, bu da xərclərin artmasına səbəb olur”.

A.İsmayılovun sözlərinə görə, ilk olaraq yaxın ölkələrə səyahət edib təcrübə qazanmaq lazımdır: “Hər bir işdə təcrübə önəmlidir. İlk dəfə səyahət edənlərə tövsiyə edərdim ki, yaxın ölkələrə səyahət etsinlər. Bu ölkələrin mədəniyyəti və mətbəxi haqqında müəyyən məlumatları olarsa, bu, onların səyahətini asanlaşdırar. Bundan əlavə, qrup turlarına qatılmaq da yaxşı seçimdir. Hazırda müxtəlif şirkətlər və səyahət blogerləri qrup turları təklif edir. İlk dəfə səyahət edənlər bu turlardan istifadə etsələr, planlaşdırma və digər qayğılarla məşğul olmaq məcburiyyətində qalmazlar, çünki bütün təşkilati məsələləri qrup rəhbəri həll edir. Bu yolla daha aşağı xərclə səyahəti başa vura bilərlər”.

Ekspert bildirdi ki, əgər ilk səyahətlərə tək gedirsinizsə, xərclərinizi düzgün planlamaq istəyirsinizsə, 2-3 ay öncədən səyahətlə bağlı hər bir şeyi planlamağa başlamalısınız: “İlk növbədə qalacağı yer haqqında məlumat toplamaq vacibdir. Əgər oteldə qalacaqsa, son 3-6 ayda həmin otel və ya hostel haqqında yazılmış rəylərə nəzər salmaq lazımdır. Beləliklə, qaldığı yerin necə olduğunu təxmin edə bilər. Otaq rezervini 2-3 ay əvvəlcədən etmək tövsiyə olunur. Yeni il və ya digər xüsusi tarixlərdə isə qiymətlər daha yüksək olduğundan, rezervi daha erkən etmək məqsədəuyğundur. Təhlükəsizlik məsələlərinə gəldikdə, hosteldə qalarkən diqqətli olmaq lazımdır. Çünki hostellər ictimai yerlərdir və şəxsi əşyaları etibarlı şəkildə saxlamaq üçün lokerlərdən istifadə etmək olar. Daha təhlükəsiz olmaq üçün özünüzlə qıfıl götürmək məsləhətdir. Ümumilikdə, hostellərin təsnifatını nəzərə alaraq daha rahat bir seçim edə bilərsiniz”.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xərcləyirik, sonra ödəyə bilmirik

"Meta" dünya miqyasında ixtisarlara hazırlaşır

"Porsche"nin çətin günləri: azalan satışlar, gəlirlər, istefalar...

Dəyişkən iş qrafiki nəyi dəyişəcək?

"UNB" - "Beynəlxalq ehtiyatlar 43,003 milyard $ təşkil edir"

İnsanlar quzu əti çox yeyir, heyvanlar artmır - Rəsmi

Türkiyənin Şərqi Anadoludakı gözəlliklərini kəşf edin - Fotolar

Əmtəəlik qaz istehsalı 2,3 milyard kubmetr artıb

Analitiklərin 5 texnologiya nəhəngi haqqındakı proqnozları

Səs vasitəsilə emosiyaları tanıya bilən yeni süni intellekt modeli yaradıldı

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı

300 illik "Stradivari" skripkası hərracda 11,3 milyon dollara satıldı

300 illik "Stradivari" skripkası hərracda 11,3 milyon dollara satıldı

“Bakı Metropoliteni”ndə yeni təyinat

"Pinterest" tarixində ilk dəfə bu qədər gəlir əldə etdi - Hesabat

Qar yağacaq, yollar buz bağlayacaq

Elektromobillərdə şüalanma problemi

ABŞ-dən İrana yeni neft sanksiyaları

Azərbaycanda qatarların sürət həddi endirildi

Neftimizin qiyməti ucuzlaşıb

Fitch: Bu il SOCAR-ın əməliyyat mənfəəti 3,3 milyard dolları keçəcək

Dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb - FAKTİKİ HAVA

DİN-dən xəbərdarlıq: Süni intellekt vasitəsilə çağırışlar yayılır, ehtiyatlı olun!

Milli Depozit Mərkəzinin əməkdaşları üçün 50 minlik sığorta

Almaniyanın Ukraynaya yardımı 44 milyard avroya çatıb

Dünya bazarlarında neft yenidən bahalaşıb

İnvestisiya növləri və risklərin qiymətləndirilməsi - SƏHƏR OXUSU

“BS İnşaat” 1500 manat cərimələndi

Məhkəmə bu şirkət barəsindəki protokolu ləğv etdi

"Vvooden Equipments Sales" MMC hansı qaydaları pozub?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin