32 milyonluq tenderin qalibi seçilən "El-Oba" şirkəti borca görə məhkəməyə verildi
"ASİS Group"la "El-Oba" Qapalı Səhmdar Cəmiyyəti arasında borc müqaviləsinə dair mübahisə yaranıb.
Valyuta.az xəbər verir ki, "ASİS Group" bu mübahisədən dolayı məhkəməyə müraciət edib.
Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Ülkər Həsənova iş üzrə hakim təyin edilib.
"El-Oba" QSC yemək təchizatı ilə məşğul olur.
QSC 2023-cü ildə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin 11 milyonluq, 2024-cü ildə isə 32 milyonluq tenderininq qalibi seçilib.
Hər iki tender yemək təchizatı ilə bağlı elan edilib.
Maraqlıdır ki, mediada gedən məlumatlarda "El-Oba" QSC-nin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida təhlükəsizliyi qeydiyyatından imtina etdiyi bildirilir. Bu iddiaların şirkət tərəfindən təkzib edilməsinə rast gəlinmir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay