Deputata məxsus olduğu deyilən şirkətə 348.943 manatlıq sifariş
Bakı Mühəndsilik Universiteti "Ultra Technologies" MMC ilə satınalma müqaviləsi bağlayacaq.
Valyuta.az xəbər verir ki, şirkət Universitetin maşın və avadanlıqların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Satıanla müqaviləsinin maliyyə dəyəri 348 943,7 manatdır.
"Ultra Techonologies" MMC 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur.
Şirkətin sahibi kimi deputat Tahir Mirkişilinin adı çəkilir. Deputatın bioqrafiyasında onun 2000-2011-ci illərdə "Ultra Computers" MMC-də mühəndis, daha sonra direktor vəzifələrində işlədiyi qeyd edilib. Bu, şirkətin Tahir Mirkişiliyə məxsus olması barədə iddiaların əsassız olmadığı barədə qənaəti bir qədər də möhkəmləndirir.
Tahir Mirkişili parlamentdə 42 saylı Sumqayıt ikinci seçki dairəsini təmsil edir. O, sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində də iştirak edəcək. Yeni Azərbaycan Partiyası (YAP) Tahir Mirkişilinin namizədliyini 43 saylı Sumqayıt ikinci seçki dairəsindən irəli sürüb.
Azərbaycan qanunvericiliyinə görə deputatın bizneslə məşğul olması qadağandır.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay